AktualAktual

Müsəlman Azerilarin Gunu Mövzuda konfransların keçirilməsinin davami

Bir müddət öncə Ayətullah Amili 29 Dey (19 yanvar) gününü İran, İslam və Azərbaycanın tarixində qovuşma nöqtəsi adlandıraraq deyib: “Bu gün “Dünya Müsəlman Azəriləri Günü” adlandırılsın”.

Redaksiyamızın “Oyaq Təbriz” mərkəzində istinadla verdiyi məlumata əsasən, 23 Bəhmən çərşənbə günü Təbrizdə “İslam İnqilabının Dünya Müsəlman Azərilərinə Təsiri” konfransı keçiriləcək.
“Oyaq Təbriz” müəssisəsinin ev sahibliyi ilə keçirilən bu konfransda siyasi ekspertlər, media və mədəniyyət nümayəndələri İslam İnqilabının dünya müsəlaman azərilərinin mədəniyyət, həmrəylik, incəsənət və siyasətinə təsiri barədə çıxış edəcəklər.
Müasir tarix tədqiqatçısı və İslam İnqilabı barədə neçə cild kitabın müəllifi Rəhim Nikbəxt, media üzrə ekspert Ruhullah Rəşidi, jurnalist Məsud Sədr Məhəmmədi konfransda çıxış edəcəklər.

Azərbaycan Respublikasında çoxlu sayda mübariz şəxsiyyətlərin yetişməsi göstərir ki, bu ölkənin azəriləri çoxlu mövcud maneələrə baxmayaraq İnqilabın mesajını dərk ediblər.

“İran İslam İnqilabının Dünya Müsəlaman Azərilərinə Təsirininin Araşdırılması” elmi konfransnda çıxış edən İslam İnqilabı Mədəni Araşdırılar Cəbhəsinin Şərqi Azərbaycan bölməsinin məsulu Ruhullah Rəşidi çıxış edərək İslam İnqilabının dünya müsəlman azərilərinə təsirini bu İnqilabın İslam dünyasına təsiri çərçivəsində olduğunu bəyan edərək deyib: “Dünya azərilərinin, əsasən də Azərbaycan Respublikasının azərilərinin çoxu şiə məzhəblidir. Təbiidir ki, çoxlu dini, tarixi və mədəni ortaqlıqlara, habelə İslam İnqılabının mərkəzi ilə qonşu olduqlarından İnqilabdan təsirlənmişlər”.
İctimai məsələlər üzrə tədqiqatçı vurğulayıb ki, biz İslam İnqilabının İrandan digər coğrafiyaya təsirindən söhbət etdikdə heç vəchlə başqalarının işinə dəxalət etmək niyyətində deyilik. İnqilabın dəyərlərinin bütün dünya müsəlmanlarına yetişməsi həzrət İmam Xomeyninin aşkar və əsas fikirlərindən idi.
Ruhullah Rəşidi, İmam Xomeyninin (rh) 589-cu qətnamənin qəbul edilməsi münasibətilə buyurduğu bəyanatlardan bəzi hissələrinə işarə edərək deyib: “Biz, İslam İnqilabını həzrət İmam Xomeyninin tanıtdığı kimi bütün dünyaya müsəlmanlardan əlavə, dünyanın bütün məzlum xalqları özlərinin azadlıq yolunu İslam İnqilabında görəcəklər”.
Tədqiqatçı İslam İnqilabını bütün bütün müsəlmanların tənəffüsün azad məntəqəsi adlandıraraq deyib: “Azərbaycan Respublikasında çoxlu sayda mübariz şəxsiyyətlərin yetişməsi göstərir ki, bu ölkə azəriləri çoxlu mövcu maneələrə baxmayaraq İnqilabın mesajını dərk ediblər”.

19 yanvarda çoxlu sayda azərbaycanlı şiələr Araz çayının üzərində qurulmuş möhkəm sərhəd maneələrini keçərək İrana keçdilər.

çərşənbə günü Oyaq Təbriz Mərkəzində “İran İslam İnqilabının Dünya Müsəlaman Azərilərinə Təsirininin Araşdırılması” elmi konfrans keçirildi.
Tələbə və Azərbaycan məsələləri üzrə tədqiqatçıların iştirak etdiyi bu konfransda Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində nümayəndəsi Məhəmməd İsmayıl Səidi çıxış edərək açıqladı ki, İran xalqı İslam İnqilabını 12 bəhməndən 22 bəhmənə qədər bayram etdikləri halda biz Azərbaycan xalqı bu bayramı 29 bəhmənə kimi davam edirik. Çünki Təbriz əhalisinin 1356-cı il 29 bəhməndə etdiyi qiyam İslam İnqilabının qələbəsinin ən əsas səbəblərindən biridir.
İslami Şura Məclisinin İctimai Komissiyasının birinci katibi çıxışının davamında deyib: “Biz azərilərin İran İslam İnqilabının gerçəkləşməsində əsas rolu olduğu kimi, İslam İnqilabının da azərilərinin şiəllik və əsil iranlı olmaq kimliyinin dirçəlməsində qarşılıqlı və nəzərə çarpacaq həddə təsirli rolu olmuşdur”.
“Təbriz qədimdən indiyə kimi elm, mədəniyyət və iqtisadiyyat mərkəzi olduğundan istər İran-Rus müharibələri dövründə, istərsə də Məşrutə zamanında bu məntəqənin, hətta Arazın şimal hissəsinin mədəni və ictimai hərəkatlarının mərkəzi kimi rol ifa etmiş və təsir göstərmişdir.
Ruslar Qafqazı işğal etmək fikrinə düşdükdə Təbriz xalqı rusların işğalına qarşı xalq etirazlarının mərkəzinə çevrilmşdi. Bu etirazlar və müqavimət hərəkatı Nəcəf alimlərinin rus işğalçıları əleyhinə cihad fətvası vermələrinə səbəb oldu”-deyə nümayəndə artırıb.
O, həmçinin deyib: “İslam İnqilabından sonra İnqilabın mesaj və hədəflərinin Arazın o tayına çatdırmaqda Təbrizin əvəzsiz rolu olmuşdur”.
1990-cı ilin yanvarında sərhəddi aşaraq İranda gələn azərbaycanlıların şadlığı barədə öz xatirələrindən danışan nümayəndə deyib: “Kommunistlər, müsəlman Azərbaycana hökumət etdikləri dövrdə onların İranla hər cür yaxınlaşmasının qarşısını almağa çalışdılar. Hətta sərhəd zolaqlarında da möhkəm postlar, möhkəm sərhəd maneələri qurmuşdular. Lakin sovet hökumətinin əsaslarının çökməsi ərəfəsində İran İslam İnqilabının qələbəsini təqribən 10 il eşitmiş Azərbaycanın müsəlman xalqı sərhəd yaxınlığında toplaşdı və Allahu Əkbər, La ilahə İlləllah şüarları səsləndirərək İran və İslama təmayül göstərdilər. 19 yanvarda çoxlu sayda azərbaycanlı şiələr Araz çayının üzərində qurulmuş möhkəm sərhəd maneələrini keçərək İrana keçdilər. O anlar, unudulmaz anlardır. Onlar bizdən istəyirdilər ki, onlar üçün Təbriz və Məşhəd səfərləri təşkil edək. Onların bu iki şəhərə böyük sevgiləri var idi. Hər işdən qabaq məscidə gedirdilər, namaz qılırdılar, imam Xomeyninin (rh) şəkilini istəyirdilər “.
Məhəmməd İsmayıl Səidi İmamın (rh) karizmatik cazibələri, onun ixlası və Sovet hökumətinin dağılmasından öncə radio vasitəsilə ruhanilərin dini söhbətləri, ustad Şəhriyar kimi iftixarlı şəxslərin varlığı, İslam dünyasının mesajından qaynaqlanan İslam İnqilabının mesajının transmilli olmasını Azərbaycan müsəlmanlarının İslam İnqilabına diqqətini çəkən önəmli səbəblərdən olmasını açıqlayıb və deyib ki, bu gün də Azərbaycan şiələri islami-şiə dərin maarifindən ilham alaraq, İslam dünyasının bir hissəsi kimi hadisələrdin gedişində iştirak edirlər.
İslami Şura Məclisinin nümayəndəsi Qarabağın azad olunması yolunun Azərbaycan Respublikası xalqının İran İslam Respublikası xalqının İslam İnqilabında və 8 illilk müqəddəs madafiə illərindəki təcrübəsindən istifadə etmək olduğu bildirib./Arannews.ir/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button