ArxivXəbər lentiXəbərlər

Təhsil haqqının məbləğini kim müəyyən edir?

Universitetlərdən CAVABLAR : 

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmiş 35995 abituriyentdən 33623 nəfəri ali məktəbə qəbul olub. Universitetlərə qəbul olan şəxslər avqustun 18-dək qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Dövlət universitetlərində təhsil haqqının yüksək olması ilə bağlı cəmiyyətdə narazılıq müşahidə olunur. Hətta bəzən təhsil haqqının yüksək olması səbəbindən qəbul olduğu ixtisası oxuya bilməyənlər də var.
Dövlət universitetləri arasında sorğu keçirib. Universitetlərdə təhsil haqqı necə tənzimlənir?
Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova: “Mən də eşitmişəm ki, bir-iki universitetdə təhsil haqqı dəyişib. Ancaq son illər bizim universitetimizin təhsil haqqı dəyişməz qalır. Bilirsiniz ki, tibb sahəsi də dünyada bahalı sahədir. Çünki bunun praktikası, texnikaları, tələbələrin yerləşdirilməsi var. Bu məbləğ universitetin tədris hissəsi tərəfindən müəyyənləşdirilib və 3 ildir stabil olaraq qalıb. Bu il də qəbul başlayıb, heç bir dəyişiklik yoxdur. Qeydiyyatdan keçənlər keçənilki qədər ödəmə ödəyirlər. Təhsil haqlarından yığılan məbləğ yataqxanalarımıza, sırf tələbələrimizin praktikaları, tələbə həyatı üçün sərf olunur”.
Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyev: “İllik təhsil haqlarını ixtisaslar üzrə müəyyənləşdiririk. Təhsil haqları ilə bağlı şikayət ola bilməz. Çünki bizdə məbləğ o qədər də yüksək deyil. Universitetlərdə də adambaşına maliyyələşmə aparılır, bunun da bütün xərci universitetin üzərinə düşür. İllik təhsil haqlarını universitetin rəhbərliyi müəyyənləşdirir. Digər universitetlər kimi maddi-texniki bazamızı gücləndirmək istəyirik. Gələn gəlir də əsasən maddi-texniki bazanın gücləndirilməsinə yatırılır”.
Azərbaycan Dövlət Neft Akademiyasının İnformasiya kommunikasiya texnologiyaları Mərkəzinin rəisi Osman Mirzəyev: “Universitetlərdə təhsil haqlarını Tarif Şurası tənzimləyir. Tarif Şurasına təhsil haqqı ilə bağlı təklif irəli sürülür. Şura da təklifə əsasən məbləği artırır və ya azaldır. Son 3-4 ildir ki, ADNA-da təhsil haqqı dəyişməyib. Universitetlər arasında da ən aşağı təhsil haqqı bizdədir-1200 manatdır. Təhsil haqlarından gələn gəlirin nəyə sərf olunması rəhbərliyin səlahiyyətindədir”.
İqtisad Universitetinin mətbuat xidməti: “Universitetdə illik təhsil haqqı sonuncu dəfə üç il bundan əvvəl müəyyənləşdirilib. Bu məbləğ 1200-2000 manat arasında dəyişir. 1200 manat “Texniologiya və dizayn” fakültəsinin, 2000 manat “Beynəlxalq iqtisadi münasibətlər və maliyyə” fakültəsinin ixtisaslarına aiddir”./gundemshok.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button