ArxivXəbər lentiXəbərlər

“Nə şəhid?! Bizə şəhid lazımdır?!”

Sumqayıtda polis rüsvayçılığı: 

Azərbaycan Premyer Liqasının 2014/15-ci il mövsümünün 1-ci turu çərçivəsində Sumqayıtda keçirilən “Sumqayıt” – “Qarabağ” matçında sözün əsl mənasında rüsvayçılıq yaşanıb. Söhbət heç də “Qarabağ”ın legioner limitini pozmasından getmir.

Komandalarını dəstəkləmək üçün Sumqayıta gələn bir qrup “Qarabağ” azarkeşi əllərində”Şəhidlər ölməz, vətən bölünməz” pankartını da stadiona keçirmək istəyiblər.

Bu pankartı tribunadan asmaq niyyətində olan “Qarabağ” fanatları bununla da son günlər cəbhə xəttində gedən döyüşlərdə şəhid olan əsgərlərimizin ruhuna ehtiramlarını ifadə etmək istəyiblər. Lakin Sumqayıt polisi anlaşılmaz addım ataraq bu pankartı tribunaya keçirməyə icazə verməyib. Bu zaman isə azarkeşlərlə polislər arasında mübahisə yaranıb. Azarkeşlər bildiriblər ki, onlar vətən uğrunda şəhid olan əsgərlərimizin ruhu naminə bu pankartı hazırlayıblar. Lakin Sumqayıt polisinin buna cavabı rüsvayçı olub: “Nə şəhid?! Bizə şəhid lazımdır?! Sizə dedilər ki, yığışdırın bu plakatı”. /rekord.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button