Xəbərlər

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti İrana gəlir

Fevralın 18-19-da Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçiriləcək.

Azərbaycanlı deputatlar Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı tədbirdə iştirak etmək üçün bu gündən İranda səfərdə olacaqlar.
Sessiyanın gündəliyinə qurumun daimi komitələrinin qətnamələrinin təsdiqi, üzv dövlətlər arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, sədrliyin Sudandan İran İslam Respublikasına keçməsi və digər məsələlər daxil edilib
Səfər fevralın 20-də başa çatacaq.
Xanhüseyn Kazımlı bir müsahibədə deyib : Az.R milli məclisinin sədri fevralın 18-də Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentlər ittifaqı konfransının 9-cu sessiyasında iştirak etmək üçün Tehrana səfər edəcək.
Onun sözlərinə görə , bu səfər çərçivəsində Az.R milli məclisinin sədri Oktay Əsədovun iranlı həmkarı Əli Laricani və bu ölkə prezidenti Həsən Ruhani ilə görüşü nəzərdə tutulub./azeri.irib.ir/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button