ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qaytarılan 4 kənd ərazisində delimitasiya prosesi başlanıb

“23 aprel 2024-cü il Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb”, –  Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin mətbuat üçün məlumatında deyilir.
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın da mətbuat xidməti analoji mətni yayıb.
Xatırladaq ki, söhbət Ermənistanın Azərbaycana qaytardığı dörd kəndin (Qazax rayonu) ərazisində sərhəd hissəsinin delimitasiyasından gedir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button