ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Yerasx-Naxçıvan-Culfa dəmir yolu bərpa olunur

Erməni nazir Naxçıvan üzərindən Ermənistan-İran dəmir yolunun tikintisinin bir ilə başa çatdırıla biləcəyini söyləyib.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, Yerasx-Naxçıvan-Culfa dəmir yolu hissəsinin tikintisi bir ilə başa çatdırıla bilər.

O deyib: “İlkin hesablamalara görə, bu hissənin fəaliyyətə başlaması, yüklərin daşınması 10 aydan 1 ilə qədər vaxt aparacaq, qalan hissəsi üçün isə daha çox vaxt tələb olunacaq.

Sanosyan qeyd edib ki, bəzi sahələrdə böyük iş tələb olunur, digərlərinin isə bərpa və işə salınması daha asan olacaq və bunlardan ən mühümü Arazdəyəndən Naxçıvana, daha sonra isə İran istiqamətində olan yoldur.

Erməni nazir vurğulayıb ki, Meğri və Horadiz ərazisində vəziyyət xeyli mürəkkəbdir – orada köhnə yol sökülüb.

Onun sözlərinə görə, dəmir yolunun bərpası prosesi uzun müddətlidir, müzakirələr aparılır. Paralel olaraq ekspertlər səviyyəsində də işlər görülür./ qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button