ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Yaranmış gərginlik süni xarakter daşıyırdı

 Seyid Abbas Musəvi deyib: Ortaya çıxan gərginlik məncə istənilməyən və süni xarakter daşıyan hadisə idi və heç baş verməyə bilərdi də. Bu kimi gərginliklər virtual fəzadan mənşə alır.

İranın Bakıdakı səfiri iki ölkə rəhbərlərinin yüksək müdrikliyi və fəal diplomatiya nəticəsində gərginliyin tam aradan qaldırıldığını vurğulayıb və deyib: “Artıq iki dost, qardaş və qonşu ölkə əlaqələrində yeni səhifə açılıb.”

Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında Aşqabadda baş tutmuş görüş bu baxımdan dönüş nöqtəsi oldu.

Diplomat həmçinin İranın XİN rəhbəri Əmir Abdullahiyanın dekabrın 22-də  Bakıya etdiyi səfəri və  Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və parlamentin sədri Sahibə Qafarova ilə görüşlərini son dərəcə uğurlu adlandırıb.

Seyid Abbas Musəvi 3+3 regional formatının bölgənin problemlərinin bölgə ölkələrinin potensiallarına arxalanaraq həllinə zəmin yaratdığını vurğulayıb.

“Region ölkələri bu formatı regionda stabil mexanizmə çevirmək istəyirlər və beləliklə inşaallah əcnəbilərin region məsələlərinə müdaxilələrinin qarşısı alınacaq. “- deyə səfir bildirib.

İranın Azərbaycan Respublikasındakı səfiri , sionist rejimin bu ölkədəki səfirinin təxribatları barədə verilən sualı isə belə cavablandırıb:

“Sionist rejimin istər başçıları istərsə onların müxtəlif ölkələrdəki nümayəndələri həqiqəti əks etdirməyən şov xarakterli hərəkətlərlə məşğul olurlar. Onların İran-Azərbaycan əlaqələrində təxribat törətmək niyyətləri barədə faktlar mövcuddur və İran və Azərbaycan Respublikası rəhbərlərinin müdrikliyi sayəsində bu əsassız cəhdlərin qarşısı alınır.”

Seyid Abbas Musəvi deyib: “ Kökü olmayan saxta bir rejimin, neçə min illik kökü və dərin əlaqələri olan, biri-biri ilə qohum olan, eyni dil, din, mədəniyyət və adət-ənənələri bölüşən iki xalqın(İran və Azərbaycan) arasına girməsi mümkün deyil. Sinostlər indiyədək məqsədlərinə nail olmayıblar və bundan sonra da inşaallah olmayacaqlar.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button