ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ermənistan Türkiyə mallarının idxalına qoyulan qadağanı götürür

2022-ci ildən Ermənistan Türkiyə mallarının idxalına rəsmən icazə verəcək.

Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti bildirib ki,Ermənistan hökuməti 2020-ci il dekabrın sonunda ölkəyə gətirilən türk mallarının idxalına qoyulan qadağanı 2022-ci il yanvarın 1-dən uzatmamaq qərarına gəlib.

 “Gözlənilir ki, Türkiyə mallarının idxalına qoyulan qadağanın qarşılıqlı əsasda götürülməsi Ermənistan mallarının ixracı üçün daha əlverişli şərait yaradacaq”, – məlumatda deyilir.

Ermənistan birtərəfli qaydada Türkiyə mallarına qadağa qoymuşdu və buna  baxmayaraq qeyri-rəsmi surətdə Türkiyə Ermənistana mal ixrac edirdi belə ki, deyilənlərə görə Ermənistan bazarında Türkiyə istehsalı olan mallara tez-tez rast gəlinir./ qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button