ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Mirzoyan: Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə soxulur

 Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı KTMT-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının İrəvanda keçirilən iclasından sonra jurnalistlərə açıqlama verən Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin baş katibi Stanislav Zas ilə birgə mətbuat konfransı zamanı deyib: “Yanvar ayında KTMT Qazaxıstanda baş verən hadisələrə vaxtında reaksiya verib, lakin 2021-ci ilin mayından başlamış Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisinə soxulması məsələsi açıq qalır.”

Mirzoyanın sözlərinə görə, Ermənistan KTMT çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə, o cümlədən KTMT çərçivəsində xarici siyasət koordinasiyasının inkişafına və təşkilatın beynəlxalq aləmdə rolunun aktivləşdirilməsinə yönəlmiş təşəbbüskar əməkdaşlığa sadiq qalıb.

Ermənistan Prezident sarayında keçirilən görüşdən sonra KTMT xarici işlər nazirləri Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının bu ilin dördüncü rübündə yenidən İrəvanda keçirilməsi barədə razılığa gəliblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button