ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İİR-AR parlament diplomatiyası güclənir

 Hüseyn Nuşabadinin başçılıq etdiyi İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasından olan nümayəndə heyəti Azərbaycan Respublikası milli məclisinin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komissiyasının sədri Zİyafət Əsgərov və beynəlxalq və parlament əlaqələri komissiyasının sədri Səməd Seyidovla görüşüb.

Nuşabadi IRIB müxbiri ilə eksklüziv müsahibədə deyib: İkitərəfli əlaqələrin gücləndirilməsi,/ dövlətlər və xalqlar arasında daha çox əlaqələrin yaradılması üçün iki parlamentin imkanlarından istifadə, həmçinin iqtisadi, mədəni, ticari sahələrdə həmkarlıqların genişləndirilməsi üzrə səylər, habelə iqtisadi və ticarət mübadilələrilə bağlı məsələlər barədə müsbət bəhslər oldu.

O, əlavə edib: Xoşbəxtlikdən, azəri tərəf də bizim inandığımız prinsiplərə, o cümlədn iqtisadi və ticari sahələrdə ikitərəfli əlaqələr qarşısında duran maneələrin aradan qaldırılmasına təkid etdilər. Mədəni-sosial münasibətlərin genişləndirilməsi və əlaqələrin qurulması üçün iki parlamentin imkanlarından daha çox istifadə edilməsi qərara alındı.

İki ölkə əlaqələrinin genişləndirilməsi zərurətinə toxunan İran İslam Şurası Məclisinin diplomatiya və milli maraqlar fraksiyasının sədri deyib: Son zamanlar İranın neft nazirinin Azərbaycan Respublikasına səfəri zamanı imzalanmış qaz svopu məsələsi geniş bir əlaqəyə müqəddimə olub, ona zəmin yarada bilər.

Bu görüşlərdə tərəflər iki dost və qonşu ölkə dövlətlərinin xüsusən iqtisadi, siyasi və ticarət sahələrində qarşılıqlı əlaqələri inkişaf etdirmək üzrə səylərini himayə və bu sahədəki gediş-gəlişlərin artırılmasına təkid ediblər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button