ArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Bu gün müsəlmanların səkkizinci İmamı Həzrət Rzanın (ə) mövlud günüdür

Hicri-qəməri təqvimi ilə bu gün zilqədə ayının 11-i, müsəlmanların səkkizinci imamı Həzrət Əbul-Həsən Əli ibn Musa Rzanın (ə) doğum günüdür.

İmam Mədinə şəhərində dünyaya göz açıb. Anasının mübarək adı Ümmu-Bənin, digər adı isə Nəcma olub.

İmam Rza (ə) hicri-qəməri təqvimi ilə 203-ci ildə 55 yaşında ikən Abbasi xəlifəsi Məmun tərəfindən zəhərlənib. İmama qarşı sui-qəsd onun Xorasana dəvət edilməsi və vəliəhdliyin ona həvalə edilməsindən sonra həyata keçirilib.

Tarixşünasların məlumatına görə, İmam Rza (ə) Xorasanda olarkən xəlifə Məmun tərəfindən təzyiqlərə məruz qalır. Bununla belə, İmam Məmunun yaşadığı dövrdə hökumət işləri və siyasətə qarışmayacağını bildirir.

İmam Rza (ə) şəhid edildikdən sonra Tus (Məşhəd) şəhərində dəfn edilir.

İndi imamın şəhid edilməsindən 1200 il keçməsinə baxmayaraq, hər gün onun məzarı və məqbərəsinin ziyarətinə saysız-hesabsız zəvvar gedir.

İslam alimlərindən Şeyx Səduqun İbrahim ibn Abbasdan nəql etdiyi hədisdə imamın məziyyətləri barədə belə deyilir: “Mən İmam Rzanın (ə) sözlə kimisə narahat etməyini, kiminsə sözünü yarıda qoymağını heç vaxt görmədim. O həzrət başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınarkən xidmətçiləri süfrəyə dəvət edərək onlarla birgə yemək yeyər, gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar, ata-babaları kimi, o da gecəyarısı ərzağı çiyninə alıb yoxsul evlərə paylayardı”. 

Bu gün Azərbaycan da daxil olmaqla, bir çox müsəlman ölkələrində İmam Rzanın(ə) mövlud günü ilə əlaqədar mərasimlər keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button