ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İqtisadi savaş düşmənin İran xalqına qarşı hibrid savaşının əsas cəhətlərindəndir

Seyid İbrahim Rəisi bu gün Xatəmülənbiya quruculuq qərargahının müdir və komandirlərinin on dördüncü toplantısında sözügedən qərargahın quruculuq meydanındakı otuz üç illik xidmətlərini yüksək dəyərləndirib. Bildirib ki, bu gün düşmən İslami İranın qüdrətinə mane olmaq istəyir./
“Bu gün müdafiə sənayesində ən mürəkkəb təchizatlar istehsal etməklə region və dünyada üstün mövqedən çıxış edirik”- deyən İran prezidenti qeyd edib: İranın fəxri, raketqayırma ilə məhdudlaşmır; biz bütün sahələrdə qüdrət istehsalına diqqət edirik.
Rəisi vurğulayıb: Düşmən iqtisadi sahədə üstün mövqeyə malik olmağımızı istəmir, amma quruculuq qərargahı iqtisadiyyat sahəsində böyük ifrastruktur işlərlə düşməni məyus edibdir.
Ölkə prezidenti əlavə edib: Bədxahlar əmin-amansızlıq yaratmaqla ölkəni kənar məsələlərlə məşğul etmək və onu xalqa xidmət, quruculuq və inkişaf kimi əsas işdən çəkindirmək istəyirlər, amma ikiqat əhval-ruhiyyə və stimulla təhdidi fürsətə çevirməliyik.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı da bu toplantıda çıxış edib. Deyib ki, heç vaxt əcnəbilər istiqlaliyyət, qüdrət, fəxarət, əzəmət və izzət hədiyyə etmirlər.
General pasdar Hüseyn Salami vurğulayıb: İran xalqı güclü olmaq yolunu seçib. Siyasi istiqlaliyyət elə bir hədiyyədir ki, istehsal və quruculuq qüdrəti olmadan əldə olunmaz.
General pasdar Salami məsələni belə açıb: İstiqlaliyyət, yəni başqalarının iradəsinin təsirini qəbul etməmək! Öz milli iradəmiz əsasında hərəkət etmək istəyirik! Düşmən də eynilə bunun əksini istəyir!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button