ArxivXəbər lentiXəbərlər

İran xarici işlər nazirinin müavini Bakıya səfər edib

İran xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini Xəzər dənizi üzrə işçi qrupunun 48-ci iclasında iştirak üçün beş nəfərlik bir heyətlə Bakıya daxil olub.

IRIB-nin Bakı ofisinin məlumatına görə, İbrahim Rəhimpur bu ofisin müxbirilə müsahibədə Xəzərin hüquqi statusunun təyini konvensiyası bölmələrinin hazırlanması haqda müzakirəni Xəzər işçi qrupunda başlıca müzakirə mövzusu adlandırıb və belə deyib: Bu konvensiyanın bəzi bölmələri qətiləşib və təqribən beş-altı mühüm mövzuda olan digər bölmələr də hələ müzakirə edilməkdədir.

Rəhimpur bu konvensiyanın hazırlanmasında İranın meyarı və siyasətini uduş-uduş meyarı adlandırıb və belə əlavə edib: Biz bütün beş sahilyanı ölkənin xeyrinə olmayacaq bir konvensiyanı imzalamayacağıq.

İran xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini Xəzərin hüquqi statusunun təyini konvensiyasının bəzi bəndlərinin hazırlanması sahəsində mühüm addımların atılacağına ümidvarlıq edib.

Xəzər dənizi üzrə işçi qrupunun 48-ci iclası beş sahilyanı ölkənin xarici işlər naziri müavinlərinin iştirakı ilə sabahdan etibarən iki gün müddətinə Bakıda keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button