ArxivIslamXəbər lentiXəbərlər

1 dəqiqəlik moizə: O, Allahın ən əzəmətli sirridir

“Gülşən, İmam Zamandır (əc). Salam olsun sənə ey insanların baharı! Nə vaxt batinimiz bahar olacaq? Nə vaxt batinimiz yaşıllaşacaq və gülşənə çevriləcək? Dünyanın cazibələri bizi məşğul etmişdir. Dostlar! İmam Zamanı (ə) nə qədər xatırlayırıq, nə qədər yada salırıq? Həzrətin bizim həyatımızda nə qədər kölgəsi vardır? Əcəb özümüzü aldadırıq! Əmirəlmöminin Əli (ə) bir rəvayətdə buyurur: “Əgər Allahın hədlərini riayət etsəniz, O da sizə vədə verdiyi şeylərin gerçəkləşməsini sürətləndirər”. Allahın vədlərindən biri də İmam Zamanın (əc) zühurudur. Əgər Allahın hədlərini qorusanız, İmam (əc) gələr və qonağınız olar. Biz hamımız ona möhtacıq. İslamın gəlişindən 14 əsr ötür və hələ də Əhlibeytin (ə) haqqında zülm olur. Biz “Bəqiyyətullah” nidasını eşitməyimizi gözləyirik. Necə ki, özü buyurdu: “Mən Bəqiyyətullaham”. Aləmin bütün sirləri ondadır. O, Allahın ən əzəmətli sirridir. Mərifət əhlindən bəziləri onun barəsində buyurublar: “Hətta onun ayaqqabısının ipindən Allahın tövhid sirləri görünür”. Bəşərin bu müəllimə ehtiyacı vardır.”

Ustad Füruği

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button