ArxivIslamXəbər lentiXəbərlər

“Silahlarınızı Hüseynçilərə yox, vəhabi və nurçulara tərəf tutun”

“Silahlarınızı Hüseynçilərə tərəf deyil, vəhabilərə və nurçulara sarı tutun”

“Hicabla mübarizə aparan hökumətlər məhvə məhkumdurlar”

İslaminSesinin məlumatına görə, bu fikirləri Aşura günü Buzovna məscidində çıxış edən ilahiyyatçı alim Hacı Vasif Nəftullayev səsləndirib. İlahiyyatçı alim bildirib ki, Misirin keçmiş prezidenti Hüsnü Mübarək illərlə İslam dininə qarşı mübarizə apardı və sonu göz qarşısında oldu: “ Hüsnü Mübarək bugünki əsrin fironu idi. O, bir zamanlar öz ölkəsində hicabı qadağan etmişdi. Allah yenə də əsrin Musalarının əli ilə fironları məhv etdi və taxt-tacdan endirdi”.

Hacı Vasif Nəftullayev qeyd edib ki, Aşura mərasimində İmam Hüseyn (ə) və tərəfdarlarına əzadarlıq edən, bu məktəbi yaşadan və davam etdirən insanlardan qorxmaq lazım deyil: “ Hər kim qorxmaq istəyirsə vəhabiyyətdən, nurçuluqdan qorxsun. Çünki bütün dünyanı təhlükə altına atan bu radikal cərəyanlar, Azərbaycan üçün də təhlükəlidir. Biz Hüseyn (ə) eşqinə yığışıb əzadarlıq edənlərlə deyil, vəhabi, nurçu və digər radikal cərəyanlarla mübarizə aparmalıyıq. Bu yolda bir-birimizə yardımçı olmalıyıq. Amma siz silahları Hüseyn (ə) məktəbinə tərəf döndərməyin”.

İlahiyyatçının sözlərinə görə, bu gün dünyada gedən müharibələrin və qırğınların böyük əksəriyyəti müsəlman ölkələrinin payına düşür: “ Bunların hamısının səbəbi odur ki, İslamdan ayrı düşmüşük. İslamdan ayrı düşdüyümüz üçün torpaqlarımızın 20 faizini itirmişik. Yəmən, Suriya və digər müsəlman ölkələrində günahsız qanlar axıdılır. Biz bir-birimizi qırmağa deyil, ümumi düşmənlərimizlə mübarizə üçün öz gücümüzü birləşdirməliyik. Hüseyn (ə) məktəbi bizə azadlıq və haqqı öyrədir. Əgər izzətli həyat yaşamaq istəyiriksə özümüzü və övladlarımızı Hüseyn (ə) məktəbində tərbiyyə etməliyik. Vətəni, torpağı, milləti qoruya biləcək övladları cəmiyyətə təqdim etmək üçün Hüseyn (ə) məktəbindən dərs almalıyıq. Eyni zamanda övladlarımızı da bu ruhda tərbiyyə etməliyik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button