Qarabağ
-
Paşinyan Qarabağ münaqişəsinin həllində Minsk Qrupuna arxalanır İyun 17, 2022 11:00 Asia/Baku Paşinyan Qarabağ münaqişəsinin həllində Minsk Qrupuna arxalanır Ermənistanın baş naziri Qarabağ ətrafındakı vəziyyəti ATƏT PA prezidentinin diqqətinə çatdırıb. SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfeltin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Baş nazir bu görüşdə Qarabağ ətrafındakı vəziyyətlə bağlı deyib ki, regional sabitliyə xələl gətirən təxribat xarakterli bəyanatlara və hərəkətlərə son qoymaq lazımdır. Paşinyan həmçinin Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində hərtərəfli həllinin zəruriliyini vurğulayıb. O,söhbətinin davamında Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəni irsinin məhv edilməsinə yönəlmiş addımlara beynəlxalq ictimaiyyət tərəfindən adekvat reaksiya verilməsinin zəruriliyini istəyib. Xatırladaq ki, Ermənistandan fərqli olaraq Azərbaycan Respublikası Qarabağ münaqişəsinin həll olunduğunu və bu səbəbdən də Minsk Qrupuna ehtiyac qalmadığını deyir. Prezident İlham Əliyev bununla əlaqədar dünən “Qlobal dünya düzəninə təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib: “ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib. Ona görə də Azərbaycan Qarabağ münaqişəsini həll edəndən sonra Minsk qrupuna ehtiyac qalmayıb”. Dövlət başçısı bildirib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Minsk Qrupunun üç həmsədrinin görüşünün mümkünsüzlüyünü hamı anlayır. “Biz artıq Minsk qrupu həmsədrlərinin institutunun fəaliyyət göstərməyəcəyi ilə bağlı mesajlar almışıq. Onlar artıq təqaüd yaşına çatıblar. Beləliklə, mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk Qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq oyadır. Biz münaqişəni həll etdik. Minsk Qrupu tərəfindən hazırlanan Madrid prinsipləri yerinə yetirilib. İndi biz Ermənistanla münasibətləri normallaşdırmaq yolları barədə düşünməliyik, sülh sazişi imzalamalıyıq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb
Ermənistanın baş naziri Qarabağ ətrafındakı vəziyyəti ATƏT PA prezidentinin diqqətinə çatdırıb. Nikol Paşinyan ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfeltin başçılıq…
Read More » -
Ayətullah Amili Qarabağ şəhidlərinin övladları ilə görüşüb – Foto
Ərdəbilin hörmətli imam cüməsi Qarabağ müharibəsi şəhidlərinin övladları ilə görüşüb. Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə…
Read More » -
“Dağlıq Qarabağın statusunun özü məqsəd deyil”
Ermənistanın baş naziri bəyan edib ki, Dağlıq Qarabağın statusunun özü məqsəd deyil, Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək üçün bir vasitədir.…
Read More » -
Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilib
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tədbiri açaraq parlamentin komitə iclaslarının “Şuşa ili”ndə Azərbaycanın mədəniyyət paytaxtı kimi yenidən…
Read More » -
Ermənistanın baş naziri Bakının əsəbləri ilə oynayır
Ermənistanın baş naziri bəyan edib ki, Qarabağın statusu məsələsi münaqişənin həlli kontekstində mühüm əhəmiyyət kəsb edir. Nikol Paşinyan Kollektiv Təhlükəsizlik…
Read More » -
Lavrov “Qarabağ sərhədləri”-nin delimitasiyasından danışdı- Azərbaycan reaksiya verdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Ermənistanda erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın əleyhinə…
Read More » -
“O nazir şəhid ailələrinin qapısına piyada gəlməli idi” – Polad Həşimovun anası
“Məmurların hamısı sanki bir cərgədədirlər. Qazilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qapısını vurub dağıdıblar, nazir Sahil Babayevin borcu idi…
Read More » -
İran Prezidenti: Azərbaycan ərazilərinin işğalına son qoyulduqdan sonra iki ölkənin əməkdaşlıq imkanları daha da genişlənib
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubda deyilir:“Möhtərəm cənab Prezident. Ölkənizin…
Read More » -
-
“Ermənistan ərazisində Azərbaycan anklavları yoxdur”
Ermənistanın baş naziri bəyan edib ki, onun ölkəsi indiyədək Ermənistan ərazisində Azərbaycan anklavlarının olmasını qeydə almayıbdır. Nikol Paşinyan parlamentdə hökumət…
Read More »