ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İslam Əməkdaşlıq Təşkilatı İsrail rejiminə xəbərdarlıq etdi

Qüds və Məscidül-Əqsa İslam ümmətinin qırmızı xəttidir

 Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Ciddədə keçirilən fövqəladə iclasda Qüds və onun müqəddəs yerlərinin sionist işğalçıların cinayətləri qarşısında müdafiə olunması üçün üzv ölkələrin səylərini birləşdirməyə çağırıblar.

İƏT-in yaydığı bəyanatda vurğulanıb ki, Qüdsi-Şərif və mübarək Əl-Əqsa İslam ümmətinin qırmızı xəttidir və onu sionist rejimin işğalından azad etmədən regionda təhlükəsizlik və sabitlik olmayacaq.

İclasın yekun bəyanatında işğalçı rejimin Fələstin xalqına xüsusilə Qüds şəhərinə təcavüzü və sionist rejimin bu şəhəri tam nəzarətə götürmək və mentalitetini dəyişməyə çalışmaq məqsədi ilə qeyri-qanuni hərəkətləri pislənilib.

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər bu bəyanatda həmçinin sionist rejimin Qüdsdəki təcavüzü və qeyri-qanuni hərəkətlərinin istənilən nəticələrinə görə məhz Təl-Əviv rejiminin məsuliyyət daşıdığını vurğulayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button