AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ayətullah Amili: SEPAH-ın Araz sərhədində hərbi təlimləri sionist rejiminə cavabdır

Ərdəbil imam cüməsi deyib: “Sionist rejimi İran əleyhinə məkirli planlarını həyata keçirmək üçün Azərbaycan Respublikasına gəlib. SEPAH da öz düşməni qarşısında hərbi təlim və manevr həyata keçirir.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ayətullah Seyid Həsən Amili Ərdəbilin bu həftəki cümə namazı xütbələrində SEPAH-ın Azərbaycan Respublikası ilə sərhəddə hərbi təlimlərinə toxunaraq deyib: “Sionist rejimi İran əleyhinə məkirli planlarını həyata keçirmək üçün Azərbaycan gəlib və SEPAH da öz düşməni qarşısında hərbi təlim və manevr həyata keçirir.

Bu hərbi təlimlər sionist rejiminə mesaj verir ki, səhvə yol vermə! Digər tərəfdən üç ölkənin manevri keçirilərkən hər yeri “İranı xəritədən siləcəyik” sözləri doldurur. Sözsüz ki, bu tərəf də öz hazırlığını elan etməlidir.”

Vəliyyi-fəqihin Ərdəbil əyalətində təmsilçisi Azərbaycan ölkəsinin bir neçə deputatının İran barədə dediklərinə toxunaraq deyib: “Azərbaycan ölkəsinin hörmətli əhalisinə deyirəm ki, sizin deputatlarınızdan bəziləri deyirlər: “İranı dünya xəritəsindən siləcəyik. İranı böləcəyik və onun hər yerində türk bayrağı asacayıq”. Bu sözləri üç ölkənin Arazın o tayında manevrləri ilə eyni zamanda yayırlar.

Əgər bu sözlər sizin ölkəniz barəsində deyilsəydi, sakit qalardınız, yoxsa cavabını verərdiniz? Biz onlara cavab verdik ki, sizin gücünüz bizə çatmaz. İran şir kimidir.

Bu söz təhqirdirmi? Müdaxilədirmi? Təhdiddirmi? İran və Azərbaycan arasında heç bir problem yoxdur və heç vaxt da olmayacaq.”

Ayətullah Amili iki xalq arasında sülh və dostluğa təkid edərək deyib: “Biz zeytun budağından danışmalıyıq, nəinki, İranı xəritədən silməkdən. Biz zeytun budağından danışmalıyıq, nəinki, İranı üç ilə parçalamaqdan və onun hər yerində türk bayrağı asmaqdan. Biz zeytun budağından danışmalıyıq, nəinki, Azərbaycana ən çox xidmət göstərmiş bir ölkənin mövcudluğunu təhdid etməkdən.”

İmam cümə İran xalqının Azərbaycan Respublikasının bəzi deputatlarının sözlərindən narahat olduğunu vurğulayaraq deyib: “Xalq bizdən soruşur ki, bu ölkədə bir kəs yoxdurmu onların utancverici təhdidlərinə cavab versin? Soruşurlar, biz İran xalqı o qədər zəlil olmuşuq ki, onlar çəkinmədən “sizi xəritədən siləcəyik” deyirlər?”

Həzrət Ayətullah Amili Azərbaycan xalqına müraciət edərək deyib: “Biz birlik göstərməliyik. Bizim ortaq düşmənimiz vardır. İran Azərbaycanın çətin günlərinin zəxirəsidir. “İran dünya xəritəsindən silinməlidir” deməklə, iki ölkə arasında ixtilaf yaratmamalı, İsrail kimi düşməni sevindirməməliyik.”

Ayətullah Amili açıqlamasının davamında İran tərəfindən hər hansı hərbi avadanlığın Ermənistana göndərilmədiyini qeyd edərək deyib: “Məni tənqid edən bütün kəslər və heç bir müstəsna etmədən “siz Ermənistana kömək edirsiniz” deyənlərin sözü dayanmalıdır. Azərbaycanın hörmətli Prezidentinin və həzrət Şeyxin (Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxül-islam Allaşükür Paşazadə) sözü fəslül-xitab və son sözdür.

Azərbaycan Respublikasının hörmətli Prezidenti bildirdi ki, İrandan Ermənistana heç bir silah getməyib. Hər kim onun sözünə tabe olmursa, başqa ölkənin sözünü danışdığı məlum olur. Din alimi və fəqih kimi deyirəm: İrandan Ermənistana heç bir müharibə təchizatı getməyib. Çünki İslam fiqhi müharibə vəziyyətində belə bir icazəni vermir və bu işi böyük günah sayır.”

Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi daha sonra deyib: “Lakin dərd bundadır ki, əgər 124 min peyğəmbər Azərbaycana gələ və İranın Ermənistana silah vermədiyini deyə, yenə də bu ölkədə bir qrup onun əksini deyəcək. Çünki onlar İranın mövqeini və İran-Azərbaycan münasibətlərini korlamaq haqda tapşırıq alıblar. Bizim də onlardan ayrı gözləntimiz yoxdur. Ona görə ki, Azərbaycan xalqı onları bizdən də yaxşı tanıyır.”

Ayətullah Amili sonda bir daha vurğulayıb: “İslam İnqilabının Böyük Rəhbəri Qarabağı İslam torpağı adlandırmışdır. Onun bu sözü ilə Qarabağ müharibəsi müqəddəslik qazandı. Həmin məsələ Azərbaycan hökuməti və xalqına ən böyük xidmət idi.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button