AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Parsabad imam cüməsi: SEPAH-ın hərbi təlimlərinin ismarışı dostluqdur

İmam cümə: “SEPAH-ın Azərbaycan sərhədində hərbi təlimlərinin ismarışı yaxşı qonşuluq və dostluqdur. Azərbaycan Respublikası qonşuluq haqqına əməl etsin və yad qüvvələrin ayağını bölgəyə açmasın.”

Qafqaz Həqiqətləri xəbər verir ki, höccətül-islam Əli Əkbər Baqiri Bonabi Parsabadda keçirilən cümə namazı xübtələrində Azərbaycan Respublikasına müraciət edərək deyib: “İran İslam Respublikasının Azərbaycan Respublikası ilə ortaq sərhədlərdə hərbi təlimlərinin ismarışı yaxşı qonşuluq, dostluq və sevgidir. Gözləntimiz odur ki, Azərbaycan Respublikası yaxşı qonşuluq haqqına əməl etsin və yad qüvvələrin ayağını bölgəyə açmasın.”

Parsabad cümə xətibi əlavə edib ki, bölgədə quru qüvvələrin hərbi təlimlər təşkil etməsi İran İslam Respublikasının hərbi iftixar, iqtidar və izzətinin azacıq bir hissəsidir. Bu izzət və iqtidarı şəhidlərimizin qanına borcluyuq.

İmam cümə Müqəddəs Müdafiə Həftəsi münasibətilə deyib: “Müqəddəs Müdafiə Həftəsi döyüşçülərin, qazilərin və şəhidlərin rəşadət və fədakarlığını anmaq üçündür və İran xalqının müqavimətinin təzahürüdür.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button