ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ pakistanlı deputatlara rüşvət verib

İmran Xan deyib ki, Vaşinqton siyasətçilərə etimadsızlıq səsverməsindən keçmək və bununla da onu hakimiyyətdən uzaqlaşdırmaq üçün 1 milyon dollar ödəyib.

İmran Xana görə ABŞ bu addımı onun Rusiya Prezidenti Vladimir Putinlə fevralın 24-də Ukraynada müharibənin başladığı gün baş tutan görüşünə görə atıb.

“Putinin öz qoşunlarını göndərəcəyindən xəbərim yox idi, bunu orada olanda bildik. Biz Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışdıq. Gedib, səfəri yarımçıq qoyub evə qayıtmalı idik? Biz öz ölkəmizi və həssas vətəndaşlarımız üçün nəyə ehtiyacımız olduğunu düşündük”, -İmran Xan bildirib.

Eks-baş nazir vurğulayıb ki, hakimiyyətdən uzaqlaşdırılmasına baxmayaraq, Pakistan xalqı arasında ona kifayət qədər dəstək var, buna görə də o, yenidən hökumət başçısı postunu tutacağını gözləyir.

“Bu baş tutacaq, şübhəm yoxdur. Heç bir başqa partiya bu qədər ictimai dəstək görməyib. Bunu dayandıra bilməyəcəklər”, – deyə Xan fikrini yekunlaşdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button