ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Narkotiklərlə birgə mübarizənin vacibliyi vurğulanıb

İranın Narkotiklərlə Mübarizə Polisinin rəisinin Azərbaycan Respublikasının daxili işlər naziri ilə görüşdə iki ölkə arasında birgə işçi qrupunun yaradılmasının vacibliyi vurğulanıb.

İRİB-in Bakı ofisinin məlumatına görə, İranın Narkotiklərlə Mübarizə Polisinin rəisi briqada generalı Məcid Kərimi Azərbaycan Respublikasına səfəri çərçivəsində bu ölkənin daxili işlər naziri ilə görüşüb. 

O, bu görüşdə narkotiklərlə beynəlxalq mübarizədə regional və qlobal əməkdaşlığın zəruriliyinə toxunaraq, deyib: “Bu görüşdə iki ölkə arasında əməkdaşlıqların təşviqi və inkişaf etdirilməsi məqsədi ilə hər iki tərəfin “hüquq-mühafizə”, “sərhəd”, “narkotiklərlə mübarizə” və “gömrük” sahələrində narahatlıqları müzakirə edildi”.

Kərimi əlavə edib: “Biz əminik ki, regionda narkotiklərlə mübarizə sahəsində mövcud olan ortaq baxışları nəzərə alaraq,  müvafiq həll yolları ilə əməkdaşlıq səviyyəsi yüksələcək”.

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov da bu görüşdə iki ölkə arasındakı yaxşı münasibətlərə toxunaraq, narkotiklərin və digər malların qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində “məlumat mübadiləsinin asanlaşdırılması üçün işçi qrupunun” yaradılmasını təklif edib.

İranın Nizam-İntizam Qüvvələrinin Narkotiklərlə Mübarizə Polisinin rəisi briqada generalı Məcid Kərimi narkotiklərlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək məqsədi ilə Bakıya gedib.

Kərimi bu dörd günlük səfərdə Azərbaycan rəsmiləri ilə görüşməklə yanaşı birgə sərhədlərə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mərkəzlərinə baş çəkəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button