ArxivIslamŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

Türkiyə xalqı üçün pis günlər proqnoz edilir

Türkiyə aylardır ağır iqtisadi böhranla üzləşib. Lirənin devalvasiyası ilə başlayan böhran inflyasiya, işsizlik və yoxsulluğun artması ilə davam edib. İndiyə kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətinin iqtisadi böhranı həll etmək və ya heç olmasa azaltmaq üçün bütün həll yolları iflasa uğrayıb və bu vəziyyət prezidentin və hakim partiyanın reytinqini aşağı salıb.

Belə bir şəraitdə iqtisadçılar Türkiyə üçün daha pis günlər proqnozlaşdırırlar.

Çin Dövlət Radiosunun məlumatına görə, bank və maliyyə xidmətləri şirkəti “Goldman Sachs” cümə günü bildirib ki, Türkiyədə illik inflyasiyanın 80 faizə çatacağını gözləyir.

Keçən ilki valyuta böhranı və Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən artan enerji xərcləri nəticəsində Türkiyədə inflyasiya may ayında 73,5 faizə çatıb.

Lirə 2021-ci ildə dollara nisbətdə 44%, bu il indiyədək 24% dəyər itirib. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button