AktualAktual

Xocalı faciəsi pantürkistlərin güclənməsi məqsədi ilə baş verdi

Qafqaz azəriləri və erməniləri İrandan ayrıldıqdan sonra, Rusiya və Osmanlılın ərazilərini genişləndirmək məqsədli siyasəti nəticəsində bu hadisə baş verdi.

Müxtəlif Qafqaz millətləri İran mədəniyyəti sayəsində iki min ildən artıq müddət heç bir problemsiz, münaqişəsiz birlikdə yaşayıblar. Rusiya və Osmanlılın Qafqazın siyasi və ictimai vəziyyətinə müdaxiləsindən sonra bu millətlər arasında gərginliklər baş verdi və ağır nəticələr oldu. 20-ci əsrin əvvəllərindən başlayaraq ermənilərlə müsəlmanlar arasında yaşanan gərginliklər uyğun məntəqədə Osmanlılın ərazilərini genişləndirmək siyasətinin acı nəticələrindəndir. Ötən il Höccətül-islam Seyyid Həsən Amili, Ərdəbilin imamcüməsi Azərbaycan Respublikasının siyasi müxalifi Əli İkram Hümmətovun ölümünün il dönümünün münasibəti ilə və cümə xütbəsində açıqladığı sözlərində ilk dəfə olaraq Qarabağ müharibəsi və Xocalı faciəsi ilə bağlı mühüm və sirli məsələləri açıqladı. Bu müharibə barəsində indiyədək danışılmamış məsələlərdən və İranın Azərbaycanlı müsəlmanlara köməyindən danışdı. Bu məlumatlar Azərbaycan dövləti və onun İrandakı nasionalist tərəfdarlarının təbliğatı ilə tam ziddiyyət daşıyır. Bu məlumatların əhəmiyyətli olması səbəbindən uyğun iki söhbətin xülasəsini sizlərə təqdim edirik:

Ərdəbilin imamcüməsi 1992-ci ildə Xocalı məntəqəsində Azərbaycanlı adi vətəndaşların qətliamına işarə edərək bildirdi: Biz bir müsəlman kimi bu qətliamı pisləyirik və azəri şiələrin izzətini öz izzətimiz bilirik.
Amili söhbətinin davamında Xocalı qətliamının tarixi köklərinə işarə edərək bildirdi: Türkiyənin ifratçı millətçiləri və hərbi qüvvələrinin üzvlüyü ilə təşkil olunmuş gizli Ergenekon təşkilatının bu cinayətdə, Xocalıda azəri şiələrin qətliamında əsas rolu var.
Bu təşkilatın çevriliş planı Türkiyədə üzə çıxıb, zərərsizləşdirildikdən sonra hələ də bu barədə olan sənədlər ifşa olunmaqdadır. Bu sənədlərə əsasən Azərbaycan Respublikasının qərbçi, millətçi və İrana zidd qüvvələri qanlı Xocalı faciəsini planlaşdırdılar ki, Azərbaycanın prezidenti Ayaz Mütəllibov dövlətinin dağılması və pantürkistliyə meyilli olan Əbülfəz Elçibəyin güc əldə etməsi üçün zəmin yaransın.
(Əbülfəz Elçibəy azəri qərbçi siyasətçi 1992-ci il iyun ayının 16-sı Azərbaycan Respublikasının prezidenti seçildi və 1993-cü ilin iyununda hakimiyyətdən getdi. Elçibəyin hakimiyyətə gəlməsi Azərbaycanın iki aydan az müddət ərzində Ermənistan qarşısındakı məğlubiyyətləri sayəsində oldu. Fevralın 26 və 27-si Xocalı faciəsi, mayın 8-i Şuşanın işğalı, mayın 15 və 17-si Laçının işğalı bu məğlubiyyətlərin ən əsaslarındandır. Elçibəy İran əleyhinə kəskin siyasət qarşısına qoymuşdu və Qarabağ döyüşünün qızğın vaxtlarında İranın ərazi bütövlüyünün əleyhinə kəskin çıxışlar edirdi. O aşkarcasına Türkiyə milli Hərəkat Partıyası, Bozqurdlar təşkilatı və bu təşkilatın panturançı idealarının tərəfdarı olduğunu bildirirdi. O 2000-ci ildə Türkiyədə dünyasını dəyişdi və orada torpağa tapşırıldı)
Seyyid Həsən Amili bildirdi: Xocalı 20 gündən artıq mühasirədə olmasına və əhali üçün aclıq, susuzluq və soyqırım təhlükəsi olmasına baxmayaraq millətçi qüvvələr Xocalı xalqına köməyə icazə vermədilər. Şəhər əhalisinin qətliamından yanlız bir həftə sonra Mütəllibov hakimiyyəti dağıldı və Azərbaycanın ifratçı millətçilərinin hakimiyyəti üçün zəmin yarandı. Təəssüflər olsun ki, Xocalı soyqırımında əli olan bəzi şəxslər bu gün Azərbaycanın milli məclisində və digər dövlət postlarında vəzifə sahibidirlər, İran İslam Respublikasının əleyhinə yalançı təbliğat aparırlar.

Görəsən nə üçün Azərbaycanda bu vətən xainləri cəzalandırılmır?
Amili söhbətinin davamında bildirdi: Hələ də bu sual cavabsız qalıb ki, nə üçün İran 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərinin başa çatması və işğal olunmuş torpaqların ermənilərdən azad olunması üçün şərait yaratdıqda, ifratçı və İrana müxalif qüvvələr əsassız iddialar ilə İranın səylərinin nəticəsiz qalmasına səbəb oldular. Nə üçün millətçi qüvvələr işğal olunmuş Qarabağ ərazisinin azadlığı üçün İranın atdığı əsaslı addımlarla müxaliflik etdilər və Qarabağdan əlavə ölkə ərazisinin 20 faizinin ermənilər tərəfindən işğalına bais oldular.

Seyyid Həsən Amili keçmiş Talış Muğan Muxtar Respublikasının başçısı Əli İkram Hümmətovun il dönümü ilə bağlı bildirişində də belə deyib:

Azərbaycanın müstəqilliyinin ilk dövrlərində ölkə əhalisi İran xalqını öz qardaşlarından daha çox sevirdilər. Ermənilərin vəhşi hücumları qarşısında İran İslam Respublikasını öz arxaları, ümid yerləri bilirdilər və ondan kömək gözləyirdilər. Azərbaycan torpaqlarına təcavüz qarşısında İran iki siyasətlə çıxış edə bilərdi: Ya hərbi müdaxilə edərdi, yada ki, tərəfsiz siyasət işlədib, hadisələrə şahid olardı. Hərbi müdaxilə variantında Rusiya ilə qarşılaşma var idi və bu məsələ beynəlmiləl qanunlara da zidd idi. Lakin tərəfsizlik siyasəti işlədib, sadəcə baş verənlərə tamaşaçı olsaydı, müsəlman xalq arasında qardaşlıq və İslam iddiaları öz rəngini itirərdi və İran xain kimi tanınardı.

İran İslam Respublikası nə edə bilərdi? Bir tərəfdən İslam inqilabını qorumalı idi və digər tərəfdən ermənilərin vəhşiliklərinə laqeyid qalmamalı və şiələrin qətlinə sakitcə tamaşa etməməli idi. Odur ki, İran orta bir siyasət qarşısına qoydu ki, yuxarıda qeyd olunan problemlərin, xoşa gəlməz halların şahidi olmasın. Beləliklə İran bu yolu seçdi: Azərbaycan Respublikası ordusuna hərbi təlimlərin keçirilməsi, müqavimət qruplarının yaradılması, Azərbaycan ordusuna silah-sursat, hərbi təchizatın göndərilməsi və Azərbaycan ordusuna hərbi layihələrin verilməsi; aşkar və gizli şəkildə İran tərəfindən bu bəradə böyük addımlar atıldı. Azərbaycan Respublikasından bir çox cavanlar hərbi təlimlər üçün, partizan döyüş üslubunu öyrənmək məqsədi ilə İrana gəldilər. Şuşa şəhərinin müdafiəsi üçün azca hərbi təchizat arzusunda olan cavanlara onlarla maşın silah verildi. Həmçinin hakimiyyətin razılığı və Rövşən Cavadov və Rəhim Qazıyevin istəyi ilə müdafiə sisteminin qurulması üçün müştərək qərargah quruldu. Bu qərargahda Ərdəbilli və Təbrizli komandirlər canla başla azəri qardaşlarına kömək etdilər və gecə gündüz ermənilərin təcavüzünün qarşısını almağa çalışdılar. Həmçinin müharibə qaçqınları üçün düşərgələr hazırladılar.

Bizi ermənilərə silah verməkdə ittiham edirlər, alçaqcasına bir böhtandır. İran rəsmiləri siyasi səbəblərə görə heç zaman bu məsələləri açıqlamayıb və açıqlamayacaq. Biz ermənilərə yox, azəri din qardaşlarımıza silah və döyüş təchizatı göndərmişik. İranın hərbi təlim mərkəzləri Ermənistanda yox, Azərbaycanda idi. Azərbaycanda bunu təsdiqləyəcək minlərlə şahid var; zərrə qədər insafları olsa, mənim sözlərimi təsdiqləyəcəklər. Azəri hərbiçilərin təlimində İranın gizli həmkarlığı qərb imperializmini narahat etdi və onlar təcili şəkildə bu barədə tədbir görməyə başladılar. Mossad nümayəndələri İranın Azərbaycandakı fəaliyyətinə qarşı işlərə başladı. Bildirildi ki, guya İran Azərbaycanda Hizbullah yaratmaq fikirindədir və İranın Azərbaycan Respublikasındakı hərbi fəaliyyətləri Livandakı fəaliyyətlər ilə müqayisə edildi və şübhələr yaradıldı. Az bir müddətdə layihə hazırlandı, Vəli Kiçiyin rəhbərliyi ilə Azərbaycanda xüsusi təşkilat quruldu və dövlətdə dəyişiklik üçün lazım olan vasitələr hazırlandı. Layihənin həyata keçməsi üçün cəbhədə böyük bir faciə baş verməsinə ehtiyac görülürdü. Bu vaxt Xocalı hadisəsi baş verdi. İranın cəbhə xəttində təsirinin aşkar göründüyü bir vaxt bir qrup siyasətçilər Türkiyə və İsrailin təsiri və hiyləsi ilə Xocalı faciəsini yaratdılar və İranın cəbhə xəttindən uzaqlaşdırılması şuarı ilə bütün işlərə kölgə saldılar. Biz azərilərin ürək ağrısı olan bu qanlı faciəni ermənilərin törətdiyi mühüm namus məsələsi bilirik və bu barədə heç bir şübhəmiz yoxdur. Lakin kimin hiyləsi və planı ilə baş verdi?

Bu layihə İranın Qarabağ döyüşlərindən kənarlaşdırılması üçün idi və bu arada Xocalı günahsız əhalisinin qanı töküldü. Bu hadisənin pərdə arxasında Ergenekon və Mossad var. Allaha şükür ki, minlərlə müsəlman qanı tökmüş Ergenekon generalları Türkiyədə can verməkdədir. Bu gün Ergenekonun minlərlə səhifəlik cinayətləri baş vermiş xəyanətləri üzə çıxarıb, lakin onun Azərbaycan Respublikası üçün lazımlı hissələri həmişə gizli qalacaq.

Kiçik və onun türk və azəri kadrları Xocalı cinayətinə görə sorğu-sual olunmurlar. Xocalı üçün hazırlanmış layihədə iştirak edənlər hal-hazırda Azərbaycanın milli məclisində və digər dövlət postlarında böyük vəzifələrə sahibdirlər. Təəssüflər olsun ki, Xocalı faciəsinin səbəbkarlarından bəziləri bu soyqırımın hər il yüksək səviyyədə qeyd olunması üçün canfəşanlıq edirlər; olduqca təəccüblüdür.

İran Ali Məhkəmə Şurasının başçısı Cənab Musəvi Ərdəbili Azərbaycandakı xalq hərəkatları zamanı Azərbaycan Respublikasına səfər etmişdi. O Hacı Əli İkram vasitəsi ilə xalq hərəkatının rəhbərlərindən biri ilə görüşmüş və ona faydalı çıxış yolları təklif etmişdi. O 8 illik müqəddəs müdafiə təcrübəsinə əsaslanaraq bildirmişdi ki, Qarabağ münaqişəsini qısa bir müddətdə həll etmək olar. Lakin Azərbaycandakı rəhbərlərin “yox” cavabını eşitmişdi. Cənab Ərdəbili bunu bilmirdi ki, Azərbaycandakı hərəkatlarda xalqın əsas rolu oynamasına baxmayaraq, pərdə arxasındakı şəxslər Qarabağın azadlığını istəmirdilər, İranı qıçıqlandırmağa çalışırdılar. Cənab Ərdəbilinin çıxış yolu ilə bağlı təklifinə Azərbaycan xalq hərəkatı rəhbərlərindən biri belə cavab vermişdi: ” Mən yanlız Təbrizi Azərbaycanın mərkəzi elan etmək üçün İrana gələcəm.”

Ona kömək etmiş təbrizli bir zabitdən xoş xatirəsi olan mərhum Rövşən Cavodov deyirdi: Ölkə başçısının and içməsindən sonra (CənabAmili Heydər Əliyevin prezidentliyinə işarə edir) o mənimlə rəsmi görüş istədi. Onun məndən Qarabağın azadlığı üçün layihə barəsində soruşacağını bilirdim. Elə bu səbəbdən döyüş və əməliyyat planını bir qovluğa qoyub prezidentlə görüşə getdim. Lakin ölkə başçısı mizinin üstündəki qovluğu göstərib dedi: “Sizin İranla həmklarlığınızdan xəbərdaram. Bundan sonra İranla bütün rabitələrinizi kəsməlisiniz. Bizim İranın köməyinə ehtiyacımız yoxdur. Əgər Qarabağı İranın köməyi ilə geri almağın mümkün olduğunu bilsəm, onu Ermənistana verərəm. Qarabağ bizim əsas problemimiz deyil, qısa bir zamanda öz-özünə həll olacaq. Bizim savaşımız İranladır, biz özümüzü İranla döyüşə hazırlamalıyıq. Bizim əsas düşmənimiz Ermənistan yox, farslardır.”

Bundan sonra hər şey dəyişdi. İlk mərhələdə həmkarlıqlar dayandırıldı, köməklərdən imtina olundu və daha sonra döyüşdə kömək üçün İrandan Azərbaycana gəlmiş şəxslər həyasızcasına həbs olundu. Daha qəribəsi budur ki, bu şəxslər İsrail və Türkiyəli şəxslər tərəfindən sorğuya tutulub, işgəncə oldular. Daha sonralar bütün bu xidmətlər və köməklər xəyanət adlandırıldı. İranda təlim almış şəxslər həbs olundular və işgəncələr altında belə bir etirafa məcbur edildilər ki, guya onlar Qarabağın azadlığı üçün deyil, İranın mənfəətləri və Hizbullah yaratmaq üçün təlim görüblər!
Soruşuram: Nə üçün İran Azərbaycan Respublikası şiələrinə kömək etməməlidir? Hətta bəzi hallarda Ermənistana köməklə də ittiham olunur. Bu insafsızlıq deyilmi? Biz həmişə Qarabağın işğalından əzab çəkirik. Vəli Kiçik və digər tapşırıqla işləyən şəxslər gec-tez ədalətli bir məhkəmədə mühakimə olunmalıdırlar.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button