Xəbərlər

Azərbaycanda anaların doğuş vaxtı ölüm xəbərləri

Azərbaycan müəmmalı əsgər ölümlərindən sonra, son vaxtlar anaların xəstəxanalrda ölüm xəbərlkəri ictimaiyyəti narahat etməyə başlayıb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 5 saylı Doğum Evində qeydə alınıb. Qaradağ Rayonu Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşovanın qız övladı dünyaya gəlib. Lakin qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra Z. Göyüşovanın səhhəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o dünyasını dəyişib.

Oktyabrın 4-də həyata keçirlimiş doğuşdan sonra ANS telekanalının Xəbərlər departamentinin redaktoru, jurnalist Afət Telmanqızının ailəsində oxşar hadisə baş vermişdir.Belə ki, A.Telmanqızının qardaşı Anar Cəfərovun həyat yoldaşı 26 yaşlı Pərvinə Hüseynova Sumqayıtda 1 saylı Doğum Evində doğuş həyata keçirməsindən 21 gün sonra dünyasını dəyişib. İlkin versiyalara görə, ölümə səbəb məhz doğuş zamanı həkimlərin ehtiyatsızlığı olub.
Bakı xəstəxanalarında xəstələrin ölüm xəbərləri yenə də gəlməkdədir. 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. aparılan ekspertiza ilə E. Tofiqqızı üzərində anestezioloqun düzgün anesteziya əməliyyatı aparmadığı, nəticədə xəstənin ağciyərinin funksiyasının pozulduğu və onun tənəffüs çatışmazlığından vəfat etdiyini müəyyən olunub.
Komisyon ekspertizanın rəyi istintaqı və tənqidçinin həyat yoldaşını qane etməyib. Elnarə Tofiqqızının ölümü ilə bağlı yenidən ekspertiza keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button