AktualAktualArxivIslammədəniyyatSosialXəbər lentiXəbərlər

Türkiyənin “Qüds” telekanalının direktoru: İmam Xomeyninin “Nə şərqi, nə qərbi” şüarı istiqlal və azadlıq çağırışı idi

 

Türkiyənin “Qüds” telekanalının direktoru Nurəddin Şirin deyib: “İmam Xomeyni “nə şərqi, nə qərbi” prinsipini irəli sürməklə dünya müsəlmanlarını şərq və qərb bloklarına qarşı İslam Respublikası modelini örnək etməyə çağırıb.”

Qafqaz Həqiqətləri xəbər verir ki, 14 xordad (3 may) İran İslam İnqilabının banisi İmam Xomeyninin vəfatının 31-ci ildönümü günüdür. İmam Xomeyni dünya şəxsiyyətlərinin baxışlarında tanınmış bir rəhbər idi. Onun digər siyasi və inqilabi rəhbərlərdən fərqli bir özəlliyi var idi. Bunu dünyanın böyük rəhbərlərinin onun mövqe və baxışlarını təfsir edən sözlərində görmək olar.

“Mehr” İnformasiya Agentliyi İslam İnqilabının böyük banisinin mələkuti vəfatının ildönümü manasibətilə Türkiyənin Qüds telekanalının direktoru Nurəddin Şirinlə söhbət edib. Onu sizə təqdim edirik:

– İmam Xomeyninin təfəkkürünü, şərq və qərbə bağlılıq nəzəriyyəsinin sındırılmasında onun rolunu necə dəyərləndirirsiniz?

– İslam İnqilabının Böyük Rəhbəri İmam Xomeyni öz etiqad, şəxsiyyət, mübarizə, iradə, şücaət, ixlas və bəsirəti ilə Qurani-kərimin canlı təfsiri idi.

İmam Xomeyni “nə şərqi, nə qərbi” prinsipini ortaya qoymaqla dünya müsəlmanları və azadlıqsevərlərini şərq-qərb imperializmi və kommunizm-kapitalizm bloku qarşısında İslam Respublikası modelini örnək etməyə dəvət etdi. Bu özü Quranın sözünü aşkar edirdi. Bu, istiqlal və azadlıq çağırışı idi.

İmam Xomeyni, İmam Hüseyn (ə) kimi öz zəmanəsinin zülmkarlarına zillətin bizdən çox uzaq olduğunu anlatdı. O, Məhəmməd (s) bayrağını qaldırmaqla küfr, zülm və şirkə qarşı çıxdı.

İslam İnqilabının rəhbəri Amerika və SSRİ arasındakı dünya siyasi planına qarşı çıxaraq Məhəmməd (s) bayrağını qaldırdı, Məhəmməd (s) quruluşunu kapitalizm və kommunizmin yerinə gətirdi.

– Siyasi və əməli İslamın rolunu və millətlərə yeni model təqdim edilməsində onun qabiliyyətlərini necə görürsünüz?

– İmam Xomeyninin rəhbərliyi ilə İslam İnqilabı həqiqətdə peyğəmbərlərin (ə) və məsum imamların (ə) təlaş və mübarizələrinin təcəllisi və isbatıdır. İmamın qiyamı tövhid, nübüvvət və imamət təməli üzərində idi. Bu qiyam tarix boyu zülm və hegemonluq qarşısında müqavimət göstərmiş azad insanları diriltmək idi.

İslam İnqilabı dünyanın bütün azad insanları və müsəlmanları üçün örnək və hidayət çırağı olaraq Quran hidayəti və Allahın göstərişlərinə uyğun rəftar etmək yolunu göstərirdi.

İndi 41 ildən sonra İslam İnqilabının anlam və əhəmiyyəti hər zamandan daha artıq dərk olunur. Dünya imperializmi və onların müttəfiqləri artıq istədikləri kimi dünyaya hökmranlıq edə bilmir. Böyük şeytan Amerika indi öz tarixinin ən böyük rəzalətini yaşayır. İsrail işğalçı rejimi ən şiddətli zərbələri alır. Bu arada İslam ümməti İslam İnqilabının sayəsində böyük uğurlar qazanmışdır.

– İmam Xomeyninin təfəkkürü müqavimət qruplarının təşkili sahəsində və onlara dəstək verməkdə yeni səhifə yaratdı. Sizcə, İmamın təfəkkürünün məntəqədə müqavimət hərəkatlarının yaranması prosesində hansı təsirləri oldu?

– İmam Xomeyni dünya müsəlmanları ilə müdrikliklə danışdı. İmamın sözləri eyni halda zəif qəlblərə enerji və qüvvət verən qida kimi idi. Belə bir dövrdə müqavimət cəbhəsi İslam İnqilabının ən böyük səmərəsi kimi Livan və Fələstində formalaşdı. Sonra Yəmən, İraq və Suriyada genişləndi. Hətta, Latın Amerikasında da bunun şahidiyik. Qısası, əgər İmam olmasaydı, İslam İnqilabı da olmayacaqdı və İslam İnqilabı olmasaydı, bugün müqavimət cəbhəsindən də söhbət gedə bilməzdi.

– Aydındır ki, İran İslam İnqilabı diskursu İmam Xomeyninin əndişə və fikri məktəbinin səmərə və təcəllisidir. Bu diskurs hətta, İmamın vəfatından sonra da davam etdi. Bu diskursun rolunun uğurunu necə dəyərləndirirsiniz?

– İslam İnqilabı İmam Xomeyni şəxsiyyətinin təcəllisidir. İnqilab bir güzgü kimidir ki, hər kəs onda İmam Xomeynini görür. İmam öz rolu və rəhbərliyi ilə insanlar üçün bir məktəb və bələdçi kimi idi. Ona görə də İslam İnqilabı İmam Xomeyninin bacarıq, irfan və hidayətlərinin cilvələridir.

– İmam Xomeyninin İslam dünyasının gələcək dəyişiklikləri barədə uzaqgörənliyi və müdrikliyini necə dəyərləndirirsiniz?

– İmamın baxış üfüqü təkcə maddi və zahiri deyil, şühud aləmi və qeyb aləminin ortaq üfüqü, vilayət və fərəc üfüqüdür. Ona görə də İmam və İnqilab bu iki aləm arasında əlaqədir. Bu iki aləm arasındakı əlaqə körpüsü İmam Xomeynidir.

İmam eyni vaxtda İslam ümmətinin gələcəyinə doğru açılan pəncərədir. Bu pəncərənin üfüqündə vilayəti-fəqih cərəyanına etimad mövcuddur.

Bugün İmam Xomeyninin sözlərinə diqqət etdikdə görürük ki, onun bütün sözləri gerçəkləşmişdir. Bugün dünyanın hər yerində Amerikaya qarşı “böyük şeytan” ifadəsi işlədilir. Üstəlik, “Amerikaya ölüm və İsrailə ölüm” şüarları bugün dünyada ortaq dəyərə çevrilmişdir və bütün bunlar İmam Xomeyninin bəsirət və uzaqgörənliyinin təcəllisidir.

İnsanlar Amerika imperializminə qarşı ortaq mövqe və baxış sərgiləmək istədikdə, İmam Xomeyninin sözlərindən və təfəkküründən ilham alırlar və onu özlərinə bələdçi qərar verirlər.

İmam Xomeyninin bəzi sözləri həyatı zamanı, bəzi sözləri də onun vəfatından sonra gerçəkləşdi. İmam, Səddamın etmək istədikləri barədə söhbət etdi və onların hamısı İmamın vəfatından sonra baş verdi. Səudiyyə rejimi barədə söhbət etdi və bugün dünyanın hər yerində bu rejimin cinayətlərini görürük. Müqavimətin toxumu barədə danışdı və bu gün həmin təməl müqavimət cəbhəsinə çevrilib. İmam Xomeyni Qorbaçova SSRİ-nin gələcəyi barədə xəbər verdi və bu gerçəkləşdi.

– İmam Xomeyni sionistlərin planlarını dərindən başa düşürdü. Ona görə də Fələstin məsələsini və Qüdsün işğalını İslamın ən əsas prioriteti kimi tanıtdı və onu xalqların yol xəritəsi adlandırdı. İmamın bu bariz xüsusiyyəti haqqında nə düşünürsüz?

– İmam Xomeyninin İslam ümməti üçün gətirdiyi ən böyük üfüq və bəsirət Qüds vasitəsilə oldu. O, Qüdsü ilahi yolun xəritəsi və İslam ümmətinin qurtuluş nüsxəsi olaraq formalaşdırdı.

İmam Qüds Günü münasibətilə çıxışında elan etdi ki, Qüds Günü təkcə işğal edilmiş Fələstin torpaqlarının azad olunması üçün deyil. Dünyanın hər yerində zülm qarşısında müqavimət, haqq-ədalət uğrunda mübarizə, İslam və müsəlmanları müdafiə üçün döyüş varsa, vəhdət və qardaşlıq istiqamətində addım atılırsa, orada Qüds ruhunu hiss etmək olar.

Bugün imperializm, sionizm və cinayətkar rejimlərlə mübarizə qələbələrinin hamısının arxasında Qüdsün imzasını görürük. Sionist rejimin müharibə naziri Liberman şəhid general Qasim Süleymanini və Qüds qüvvələrini özünün ən böyük və təhlükəli düşməni adlandırdığı kimi Amerika da daim Qüdsü özünün ən böyük düşməni görür.

Qüds İslam ümməti və dünyanın bütün azad insanları üçün rəhmət, bərəkət, şərəf, qələbə və etimaddır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button