AktualAktualArxivmədəniyyatSosialXəbər lentiXəbərlər

Azərbaycan Respublikası Astara-Astara beynəlxalq dəmir yolu ilə bağlı öhdəliyinə əməl etməyib

Gilan valisi İran və Azərbaycan arasında ortaq layihələrə işarə edərək deyib: “Yük stansiyası, habelə sərnişin və yük dayanacaqlarının tikilməsinin bir hissəsinin icrası üçün 60 milyon dollar ayırmaq Azərbaycan Respublikası Tərəfinin öhdəsinədir. Lakin bu günə kimi təyin edilmiş vaxta uyğun iş getməyib.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərsəlan Zare bu gün Astara-Astara dəmir yoluna aid yük stansiyasına baxış keçirdikdən sonra jurnalistlərə verdiyi açıqlamasında deyib: “Astara Gilan əyalətinin mühüm şəhərlərindən biridir. Həm strateji mövqei, həm də iqtisadi məsələlərə aid potensiallara sahib olduğu üçün ölkənin inkişafında təsirli rola malikdir.”

Son illərdə İran və Azərbaycan arasında ortaq layihələrin başlanmasına toxunan vali deyib: “Bu layihələrin bir hissəsi həyata keçib və bəziləri də icra olunmaqdadır. Astara-Astara dəmir yolu yük stansiyası və Astara-Astara avtomobil körpüsü icra edilməkdə olan layihələr arasındadır.”

Astara şəhərinin yük və sərnişin daşınması sahəsində və Astara-Astara dəmir yolunun Rəşt-Ənzəli dəmir yoluna birləşdirilməsində təsirli roluna toxunan vali deyib: “Bu layihə “tədbir və ümid” dövlətinin prioritet layihələrindən sayılır. Layihənin podratçısı kimi Xatəmul-Ənbiya Qərargahı seçilmişdir və işin aparılması üçün ərazi alınmasına 20 milyard tümən ayrılmışdır.”

Zarei İran və Azərbaycan arasında ortaq layihələrə işarə edərək deyib: “Yük stansiyası, habelə sərnişin və yük dayanacaqlarının tikilməsinin bir hissəsinin icrası üçün 60 milyon dollar ayırmaq Azərbaycan Respublikası Tərəfinin öhdəsinədir. Lakin bu günə kimi təyin edilmiş vaxta uyğun iş getməyib.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button