ArxivXəbər lentiXəbərlər

Gəncə İmamzadəsi adlı ziyarətgahda kim dəfn edilib?

Oxucu sual verir: Gəncə İmamzadəsi adlı ziyarətgahda kim dəfn edilib?

Gəncə şəhərindəki məşhur İmamzadə ziyarətgahında beşinci imam Mühəmməd Baqirin (ə) oğlu İbrahimin dəfn olunduğu iddia edilir. Ziyarətgahda mövcud olan başdaşında İmam Baqirin (ə) oğlu İbrahimin adı yazılıb. Lakin başdaşında qeyd edilmiş imamzadə İbrahimin vəfat ili ilə tarixi şəxsiyyət olan İbrahim ibn Mühəmməd Baqirin (ə) vəfat tarixi arasında fərq vardər. Belə ki, mötəbər mənbələrdə məlumat verilidiyinə görə imamzadə İbrahim öz atasının sağlığında vəfat etmişdir. Lakin Gəncə imamzadəsinin kitabəsində yazılmış vəfat tarixi İmam Baqirin (ə) vəfatından sonraya (hicri 120-ci ilə) aiddir. Buna görə də həmin məzarın həqiqətdə imamzadə İbrahim ibn Mühəmməd Baqirə (ə) aid olması şübhə doğurur. Ola bilər ki, ziyarətgahda uyuyan şəxs imamzadə İbrahimin özü deyil, nəslindən olan nəcib bir seyiddir. Çünki mötəbər mənbələrdə İmam Mühəmməd Baqirin (ə) İbrahim adlı oğlunun Azərbaycan ərazisinə gəlməsi və ya burada dəfn olunması barədə məlumata rast gəlmirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button