Tarix

Ruhanilərə qarşı çıxmaq Pəhləvi xanədanının kökünü kəsdi

078a43c3d3c86c5eb9c433ea3cc5b4a8_XL

1356-cı ilin dey ayının 19-da , “Ettelaat” qəzetində Pəhləvi xanədanının muzdlu amillərindən biri tərəfindən İmam Xomeyni(ə) barədə “Qırmızı və Qara İrtica” adlı təhqiramiz bir məqalənin çap olunmasından iki gün sonra, İran xalqının qiyamı müqəddəs Qum şəhərindən başlandı və bu qiyamın şəhidlərinin xatirəsini yad edərək, həmin ilin 29 bəhmənində Təbrizdə İran İslam İnqilabı öz varlığını elan etmiş oldu.
Ruhaniyyətin təhqir edilməsinin şahlıq rejimi tərəfindən İmam Xomeyni(rə) və ruhaniyyətin müqəddəsliyinə vurulan bir zərbə olması təsəvvür edildiyi bir halda, sonda bu addım Pəhləvi xanədanının çirkin gövdəsinə saplanan və onun kökünü qurudan bir baltaya döndü.
Bəlkə də o gün, 1356-cı il dey ayının 17-də hicabın götürülməsi hərəkətinin ildönümündə, Əhməd Rəşidi ləqəbi ilə “Qırmızı və Qara İrtica” adlı təhqiramiz məqalənin dərc olunduğu zaman məqalənin müəllifi təsəvvür belə etmirdi ki, bu yazı xalqın ürəyində Pəhləvi xanədanına qarşı yanan alovun vulkan kimi püskürməsinə səbəb olacaq. Əgər bilsəydi bəlkə də heç vaxt əlini qələmə tərəf belə uzatmazdı.
O günün sabahısı məqalənin dərc olunmasından yaranan ilk dalğa Qum şəhərində özünü göstərdi. O günü dini elmlər mədrəsələrinin tələbələri bütün dərsləri tətil edərək, Qumun Əzəm Məscidində bir araya gəldilər.
Həmin gün şəhərin müxtəlif məntəqələrində pərakəndə şəkildə toqquşmalar baş versə də, Qum əhalisinin əsas hərəkəti 1356-cı ilin 19 deyində başlandı. Həmin gün dini mədrəsələrlə yanaşı bazar da İmam Xomeynini(rə) himayə məqsədilə tətil aksiyasına qoşuldu.
19 dey səhər saatlarında çoxlu sayda insan Qumun Əzəm Məscidində bir araya gəldi və daha sonra böyük təqlid mərcələri və ayətullahların evlərinə doğru hərəkət başlandı. İnsanların sayı durmadan artmaqda davam edirdi. Yüksək əhval-ruhiyyədə olan insanlar tanınmış ayətullahlar olan Mirza Haşem Amoli, Əllamə Təbatəbayi, Vəhid Xorasani, Məkarem Şirazi, Nuri Həmədani və Ayətullah Meşkininin evlərinə müraciət edərək, onların İmam Xomeynini(rə) himayə xarakterli çıxışlarına qulaq asırdılar.

IMG01055543

Böyük dini təqlid-mərcələrinin ofislərində çıxışlar və xalqın toplanmaları günortadan sonraya qədər davam etdi. Amma xalq ilə şahlıq rejimi amilləri arasındakı toqquşmalar, 19 dey gününün axşam çağlarından şahlıq rejimi məmurlarının Qum şəhərinin meydanlarından birində xalqın hərəkətinin qarşısını aldıqları zaman başlandı və bu toqquşmalar zamanı Qum şəhəri əhalisindən bir qrupu şəhid oldu. Qum əhalisinin bir qrupunun şəhid olmasının ardınca və bu şəhidlərin qırxı münasibəti ilə Təbriz əhalisi də aksiyalar keçirdilər və Təbriz şəhidləri ərbəyininin davamında Yəzd şəhərinin əhalisi də qiyama qalxdılar. Sonra isə etirazlar Cəhrom, Tehran və Məşhəd şəhərləri, sonra isə bütün ölkəyə yayıldı. Bu ərbəyinlər davam etdi və nəhayət 1357-ci hicri şəmsi ili 26 deydə şahın İrandan qaçması və 1357-ci hicri şəmsi ili bəhmən ayının 22-də İslam İnqilabının zəfər çalması ilə nəticələndi.

Qum şəhərində 19 dey qiyamından sonra Qum şəhəri əhalisinin qırğın edilməsinə reaksiyada bu gündə bir müraciətdə bu qiyamı 1342-ci hicri şəmsi ili 15 xordad hərəkatının günümüzə çatan bir nuru olduğunu bildirərək, belə buyurdular: 15 xordad hərəkatının günümüzə çatan bir nuru olan və bütün ölkəyə nur saçan son hərəkatın özü özlüyündə xüsusi bir möhkəmliyə malikdir ki, şahı çaşbaş edibdir və onu və onun xuliqan dəstəsini dəlicə hərəkətlərə məcbur edibdir.

siiEe4s_535
İmam Xomeyni(rəh.) öz müraciətlərinin davamında Xanım Fatimeye-Məsumə(s)ın pak məqbərəsinin kənarında Şiə mərkəzi və İslam Fəhiqliyi mərkəzinin avtomat silahlar atəşinə məruz edilməsini şahın Amerikaya nökərliyinin möhkəmləndirilməsi istiqamətində olduğunu bildirib, İranda xalqın şahlıq rejiminə qarşı nifrət bildirmələri və ümumölkə aksiyaları və işdən əlçəkmə aksiyaları haqda belə buyurdular: xalq bu hərəkətlə sübut etdi ki, şahı istəmir və ondan və xanədanından nifrət edir və bəyan edir ki, bu təbii referendum həqiqətdə şahın zalımcasına və qəsbkarcasına olan səltənətindən kənara vurulmasıdır. 1356-cı hicri şəmsi ili 19 dey cinayətləri şahlıq rejiminin 15 xordaddakı cinayətlərinin davamı və dönüş nöqtəsi idi. Şah beləliklə İranın müsəlman xalqının gözünü qorxutmaq istəyirdi.

SəhərTV

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button