ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Dünya müsəlmanları və azadlıqsevər xalqlar beynəlxalq bir günü qeyd etməyə hazırlaşırlar

Qəzzədə baş verən hadisələrin ardınca, builki Beynəlxalq Qüds Günü xalqların məzlum Fələstin xalqı ilə həmrəyliklərini ifadə etmək və sionist rejimin cinayətlərini qınamaq üçün xüsusi əhəmiyyət kəsb edir.

İran İslam Respublikasının qurucusu İmam Xomeyni (r.ə) Fələstində baş verən hadisələrə dünyanın, xüsusilə də müsəlmanların diqqətini cəlb etmək üçün mübarək Ramazan ayının sonuncu cümə gününü Beynəlxalq Qüds Günü adlandırıb. Dünya müsəlmanları hər il mübarək Ramazan ayının son cümə günü müxtəlif şəhərlərdə küçələrə çıxaraq Fələstin xalqına dəstəklərini bəyan edir və sionist rejimin cinayətlərini pisləyirlər. Bu il Qəzzədə gedən müharibə və sionist rejimin cinayətləri səbəbindən Ramazan ayının 25-ci günü yəni aprelin 5-də qeyd olunacaq Qüds Günü isə xüsusi əhəmiyyət kəsb edir.

Sionist rejim Əl-Əqsa Tufanı əməliyyatının başlamasından sonra aciz vəziyyətə düşüb. Belə bir şəraitdə Beynəlxalq Qüds Gününün keçirilməsi dünyanın diqqətini Qəzzədə baş verən hadisələrə yönəltmək üçün xüsusi əhəməiyyətə malikdir.

Müşahidələrə görə, xalqlar arasında Fələstinə dəstək olmaq üçün geniş bir həmrəylik var və bu səbəbdən İslam ölkələrində Qüds Günü yürüşünün mümkün olduğu qədər möhtəşəm keçirilməsi gözlənilir.

Şübhəsiz ki, Qüds Gününün möhtəşəm qeyd olunması müsəlmanların Fələstində baş verən hadisələrlə bağlı oyanışının simvoludur. Ona görə də, Qəzzədə sionist rejimin cinayətləri builki Qüds Günündə geniş iştirakın əhəmiyyətini ikiqat artırır. Çünki bu, Qəzzədə cinayət törədənlərin və onların qərbli tərəfdarlarının dünya ictimai rəyi qarşısında əvvəlkindən daha çox rüsvay olması üçün bir fürsət olacaq və dünya müsəlmanlarının Fələstin xalqı ilə həmrəyliyi öz əksini tapacaqdır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button