Xəbərlər

Rusiya müsəlmanları lideri Moskvada məscidlərin sayının artırılmasını istəyib

Rusiya Müftilər Şurasının sədri Ravil Eynəddin Rusiya paytaxtında məscidlərin sayının artırılması və müsəlmanlar üçün yeni ibadət məkanlarının inşa olunmasını istəyib.

İRNA-nın məlumatına görə, Eynəddin Rusiya 24 televiziya kanalı ilə müsahibədə Moskvada yeni məscidlərin inşa olunmasını çox əhəmiyyətli adlandırıb və əlavə edib: “Rusiya paytaxtında yeni məscidlərin inşa olunması Moskva müsəlmanları ictimaiyyətində radikallığa doğru yönəlmənin qarşısını alacaq və ictimai atmosferi yaxşılaşdıracaq”.

Eynəddin əlavə edib: “Əgər yeni məscidlər inşa olunarsa, bu məscidlərdə Rusiya Müsəlmanları Ruhani İdarəsinin üzvü olan ruhanilər fəaliyyət göstərəcək. Bu şəxslər dövlət və möminlər üçün tanınmış şəxslərdirlər və müsəlmanlar arasında islamın adət-ənənələri, dəyərləri, qardaşlıq və sevginin gücləndirilməsinə xidmət edəcəklər”.

Rusiya müsəlmanlarının lideri xəbərdarlıq edib ki, belə olmadığı halda, müsəlmanlar şəxsi avtomobil dayanacaqları və yaxud bazarlarda bir araya gəlirlər və naməlum ruhani və ya şəxslər onlar üçün moizə edirlər.

Rusiya Müftilər Şurası və bu ölkənin Avropa hissəsinin müsəlmanlar idarəsi son illərdə paytaxtda yeni məscidlərin inşa olunmasına təkid edib. Lakin mer və bəzi şəhər rəsmiləri Moskvanın rus şəhəri (pravoslav) olduğunu bəyan edərək bu vaxta qədər bu müraciətlə razılaşmayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button