AktualAktualArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Müstəqil Tələbələr İslami Qurumları Birliyi AİP sədr əvəzinin həbsinə münasibət bildirib

Müstəqil Tələbələr İslami Qurumları Birliyi Azərbaycan dövlətinə məktubla müraciət edərək AİP sədr əvəzinin həb edilməsi və bu ölkə müsəlmanlarına qarşı təzyiqlərə münasibət bildirib.

Qafqaz Həqiqətlərinin “Farsnews”-ə istinadla verdiyi xəbərə görə, Müstəqil Tələbələr İslami Qurumları Birliyi Azərbaycan dövlətinə məktubla müraciət edərək Azərbaycan İslam Partiyası sədr əvəzi Hacı İlham Əliyevin həbs edilməsi və bu ölkə müsəlmanlarına qarşı təzyiqlərə münasibət bildirib. Məktubda Azərbaycan hökumətinə regionun devrilmiş və istefa vermiş dövlətlərindən ibrət almaq, islamofobiyadan əl götürərək öz milli maraqlarını təmin etmək üçün İslamın ağuşuna qayıtmağı tövsiyə edib.

Məktubun mətni aşağıdakı kimidir:

İllərdir ki, Azərbaycan Respublikası hökuməti Amerika və sionist rejimin dəstəyi ilə İslam dini və şiəliyə qarşı təzyiq göstərir. Şiələrin Azərbaycan Respublikası cəmiyyətinin 85 faizini təşkil etməsinə baxmayaraq, ötən illərdə dövlət məscidləri dağıtmaq, hicabı qadağan etmək, ruhaniləri və inqilabçı fəalları həbs etmək və qərbin kəşfiyyat aparatları ilə əməkdaşlıq etməklə bu ölkədə ağır repressiya rejimi yaratmışdır.

Azərbaycan Respublikasının stratejik mövqei və İranla qonşu olması bu ölkəni sionist rejimin cövlangahına çevirmişdir. Sionist rejimin Azərbaycan Respublikasında nüfuzu o həddədir ki, bu rejim başçıları dəfələrlə Azərbaycan Respublikasını qondarma İsrailin qırmızı xətti adlandırmış və bu ölkəni özlərinin ikinci vətəni hesab etmişdir.

Azərbaycan Respublikasında islamçı fəallar neçə illərdir ki, ya öz qanları, ya da həbsə düşməklə islami inqilabı davam etdirir.

General Hacı Qasim Süleymaninin şəhadətindən sonra Azərbaycan xalqının müqavimət cəbhəsinin böyük sərdarına öz sevgilərini nümayiş etdirməsi və Hacı Qasim məktəbinin bu ölkədə qığılcımlarının sıçraması dünya imperializminin, xüsusilə də sionistlərin bədəninə lərzə saldı. Hökumətin Azərbaycanda xalqın islami müqavimət dalğasının qarşısını almaq üçün ilk reaksiyası AİP sədr əvəzi höccətül-islam Hacı İlham Əliyevi və Müsəlman Birliyi Hərəkatının beş üzvünü həbs etməsi oldu.

İslam düşmənləri, xüsusilə də sionist rejim və Amerika dövləti təlaş edirlər ki, repressiya rejimi yaratmaqla və islamçılara təzyiq etməklə Azərbaycan Respublikasında Hacı Qasim Süleymani və islami müqavimət idelologiyasını boğsunlar. Lakin bundan sonra Azərbaycan Respublikasında geniş xalq oyanışlarının yaranacağından, bu ölkədən və Qafqazdan qaçmaqdan başqa çarələrinin olmayacağından xəbərsizdirlər.

Biz İslam dünyası tələbələri Azərbaycan dövlətinə təkid və tövsiyə edirik ki, regionda devrilmiş və istefa vermiş dövlətlərin yolunu davam etdirməsinlər, onların başına gələnlərdən ibrət alsınlar, islamofobiyadan əl götürsünlər və öz milli maraqlarını təmin etmək naminə İslamın ağuşuna qayıtsınlar. Çünki İlahi vəd doğrudur və dünyanın gələcəyi həqiqi və xalis Məhəmməd (s) İslamının əlində olacaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button