ArxivIslamXəbər lentiXəbərlər

Gividə “19 Yanvar Dünya Müsəlman Azəriləri Günü” münasibətilə mərasim keçirilib+Foto

“19 Yanvar Dünya Müsəlman Azəriləri Günü” münasibətilə mərasim 17 yanvarda məğrib və işa namazlarından sonra İmam Həsən Əskəri (ə) məscidində keçirilib.

Qafqaz Mədəniyyət Mərkəzi – 17 yanvarda Gividə İmam Həsən Əskəri (ə) məscidində “19 Yanvar Dünya Müsəlman Azəriləri Günü” münasibətilə mərasim keçirilib.

Mərasimdə çıxış edən dini və ictimai məsələlər üzrə ekspert höccətül-islam Mehdi Əmini Azərbaycan Respublikası müsəlmanlarının dini inanclarına toxunaraq deyib: “Sosialist sistemin hakimiyyətə gəlməsi ilə bu ölkədə dini inanclar zəiflədi. İranda İslam İnqilabının baş verməsi qonşu ölkələrin müsəlmanları, xüsusilə də Azərbaycan xalqının qəlbində qığılcım yaratdı və onların dini inanclarının möhkəmlənməsinə səbəb oldu.”

Höccətül-islam vəl-müslimin Əmin İranın regionda nüfuzunun genişlənməsinə işarə edərək deyib: “İmam Xomeyninin (rh) rəhbərliyi ilə islami, ictimai və dini təlimlərə arxalanmaq, İslam İnqilabının qələbə amilləri olaraq İranda şah rejimini devirməklə yanaşı elə bir vəziyyət yaratdı ki, İran İslam Respublikası dünya xalqlarının, əsasən də müsəlmanların oyanışına ilham verən mərkəzə çevrildi.”

Natiq çıxışının davamında xatırladıb: “SSRİ-nin parçalanmasından sonra yaranmış tarixi fürsətdən istifadə edən Azərbaycanın müsəlman xalqı 19 yanvarda on illər ayrılıqdan sonra islami və iranlı kimliyinə qayıtdı. 1990-cı il 19 yanvarda 70 il kommunistlərin hakimiyyəti altında yaşamış Azərbaycan xalqı öz ana vətəninə və islami kimliyinə döndü, “Allahu Əkbər” və “La ilahə illəllah” şüarları verərək tikanlı məftilləri qırdılar, təhlükəli bir şəraitdə İran torpağına daxil oldular, hər şeydən əvvəl öz ana vətənləri İranın torpağını öpdülər, sonra məscidlərə tərəf axışdılar.”

19 yanvarın Azərbaycan müasir tarixində dönüş nöqtəsi və azərilərin iranlı və islami kimliyinə qayıtmasının təzahürü adlandıran höccətül-islam vəl-müslimin Əmin deyib: “Müsəlman azərilər və onların indiki dövrdə vəhdət bəxş edən missiyası, islami-iranlı kimliyin güclənməsi, islami vəhdət təfəkkürü, zülm və fəsad qarşısında müqavimətin təcəllisi İranın müxtəlif siniflərinin dəfələrlə fitnələrə qarşı çıxdığı, iman və etiqad əsasında dayandığı günləri xatırladır.”

مراسم بزرگداشت روز آذری‌های مسلمان جهان در گیوی برگزار شد/تصاویر

مراسم بزرگداشت روز آذری‌های مسلمان جهان در گیوی برگزار شد/تصاویر

مراسم بزرگداشت روز آذری‌های مسلمان جهان در گیوی برگزار شد/تصاویر

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button