AktualAktualArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Təbrizin bir qrup ruhanisi AİP sədr əvəzinin həbs edilməsinə etiraz edib

 

Təbriz şəhərinin bir qrup ruhanisi AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs edilməsi ilə bağlı etiraz bəyanatı yayıb.

Qafqaz Həqiqətləri xəbər verir ki, Təbriz şəhərinin bir qrup ruhanisi AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs edilməsi ilə bağlı etiraz bəyanatı yayaraq onun həbsini pisləyib, bu hərəkəti sionist rejim və cinayətkar Amerikanın nüfuzu altında baş tutmuş bir addım adlandırıb.

Bəyanatın mətni aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim

Azərbaycan İslam Partiyasının təsisçisi, uzun illər haqsız olaraq həbslər çəkməsi üzündən xəstəlik və əzab-əziyyətdən sonra Haqqın dərgahına qovuşmuş Hacı Əlikram Əliyevin şəhadətsayağı vəfatı ildönümü günlərində və AİP sədrinin 12 dəqiqəlik çıxışına görə 12 il həbs cəzasına məhkum olduğu və 9 ildən çoxdur ki, zindan həyatı sürdüyü bir vaxtda bu partiyanın sədr əvəzi, əxlaq və mənviyyat simvolu höccətül-islam Hacı İlham Əliyevin həbs xəbəri bir daha Azərbaycan dövlət adamlarının İslam dininə qarşı kin-küdurət və qorxusunu nümayiş etdirdi, bu ölkədə siyasi islahatlar və fikir azadlığı barədəki iddiaların boş sözlərdən ibarət olduğunu isbat etdi.

Hacı Qasim Süleymaninin namərdcəsinə terror edilməsindən sonra Azərbaycanın məzlum şiələrinin o şəhidə sərgilədiyi pak sevgi hislərindən heyrətə gəlmiş və məyus olmuş qəsbkar sionist rejim və Amerika terrorçu dövləti Azərbaycan dövlətini AİP sədr əvəzini həbs etməyə məcbur etdi. Onlar öz gümanlarına görə dünyanın ikinci şiə ölkəsinin müsəlmanlarını qorxuya salmaq və peşman etməyi düşünürlər. Əlbəttə, bu dəfə də öz qeyri-insani siyasətlərindən faydalana bilməyəcəklər.

Sonda dost və qonşu Azərbaycan ölkəsinin dövlət adamlarına təkidlə tövsiyə edirik ki, öz hakimiyyətlərinin gələcəyini qara və beynəlxalq terrorçuların məhvi astanasında olan bir taleyə bağlamasınlar, Azərbaycan islamçıları və etiqad məhbusları qarşısında qeyri-düzgün siyasətlərinə yenidən baxsınlar.

  1. Höccətül-islam vəl-müslimin doktor Nobəri
  2. Höccətül-islam vəl-müslimin doktor Əlizadə
  3. Höccətül-islam vəl-müslimin doktor Həmzəban
  4. Höccətül-islam vəl-müslimin Zakiri
  5. Höccətül-islam vəl-müslimin Nəzəri
  6. Höccətül-islam vəl-müslimin Azadguyan
  7. Höccətül-islam vəl-müslimin doktor Seyid Cəfər Təbatəbai
  8. Höccətül-islam vəl-müslimin Abidi
  9. Höccətül-islam vəl-müslimin Yusifi
  10. Höccətül-islam vəl-müslimin Cəlali
  11. Höccətül-islam vəl-müslimin Humayuni
  12. Höccətül-islam vəl-müslimin Həmidi
  13. Höccətül-islam vəl-müslimin Seyid Əbulfəzl Musəvi
  14. Höccətül-islam vəl-müslimin doktor Ənvəri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button