Islam

İslam İnqilabının Rusiya İnqilabı ilə müqayisəsi

Dr. Mənuçehr Məhəmmədi “İslam İnqilabı dünyanın böyük inqilabları arasında” əsərində İran İslam İnqilabını müasir dünyanın ən böyük inqilablarından olan və ötən əsrdə sosializmin genişlənməsinə səbəb olan Rusiya inqilabı ilə müqayisə edir. Müəllif İran İslam İnqilabının müxtəlif cəhətlərdən Rusiya inqilabından daha dərin, daha ciddi və xalqa daha çox bağlı bir inqilab olduğunu, bəşəriyyətə fərqli bir hərəkat bəxş etdiyini göstərir.
Bu yazıda inqilabları yalnız iqtisadi, siyasi və ictimai cəhətdən müqayisə edəcəyik:

Siyasi rejimlərin inqilabdan əvvəl iqtisadi mövqesi

Rusiyada inqilabdan əvvəl, 20-ci əsrin əvvəllərindən başlayaraq iqtsadi vəziyyət yaxşı olmayıb. Bu dövrdə baş verən iki xarici müharibə iqtisadi vəziyyəti daha da pisləşdirdi. 1909-cu ilə kimi davam edən iqtisadi böhran işçilər və kəndlilər üçün böyük çətinlik yaratmışdı. Bir tərəfdən işsizlik rəvac tapmışdı, digər bir tərəfdən isə bu iki təbəqənin iş şəraiti və əldə etdikləri gəlir dözülməz həddə idi. Bu dövrdə işçilərin etirazları iqtisadi mahiyyət daşıyırdı. İşçilərin etiraz aksiyaları çoxalır və aksiyada iştirak edənlərin sayı getdikcə artırdı.
Lakin İranda şah hökumətinin sonlarında, pəhləvi rejimi 57 illik hakimiyyətində iqtisadi baxımdan ən yaxşı dövrünü yaşayırdı. Neft gəlirinin gözlənilməz həddə və tez bir zamanda artması İran rejimini varlı ölkələrdən birinə çevirmişdi və eyni zamanda İran cəmiyyəti tam istehlakçı bir cəmiyyətə çevrilmişdi.
Beləliklə, Rusiya dövləti iqtisadi baxımdan ən böhranlı günlərini yaşayır, İran isə neft qiymətinin gözlənilmədən qalxması səbəbindən valyuta ehtiyatı və maddi imkanlar baxımından öz tarixində iqtisadi cəhətdən ən yaxşı dövründə idi.

İnqilabdan əvvəlki rejimlərin hərbi gücü

Hər bir siyasi quruluşun, xüsusi ilə daxili etirazlar və problemlərlə qarşılaşan və müxalif, etirazçı qüvvələri qorxutmaq, zərərsizləşdirmək məcburiyyətində qalan qurluşların hakimiyyəti idarə etmək üçün ən mühüm silahı onların hərbi gücləridir.
Siyasi quruluş normal hərbi gücə malik olmasa və rejimin ordusu ardıcıl məğlubiyyətlər nəticəsində ruhiyyəsini əldən versə, həmçinin dövlət iqtisadi problemlərə görə hərbiçilərin ehtiyaclarını təmin edə bilməsə və nəhayətdə hərbi güc siyasi rejimə olan inamını əldən versə, bu halda siyasi güc etirazçı ictimai qüvvələri susdurmaq üçün hərbi gücdən faydalana bilməyəcək. Hətta belə bir hərbinin özünün siyasi quruluş üçün təhlükəyə çevrilməsi, müxalif qruplara qoşulması və siyasi rejimin süqutunu tezləşdirməsi mümkündür.
Krım döyüşləri və 1905-ci il müharibəsi səbəbindən Rusiyanın Avropadakı hərbi mövqesində dəyişiklik olmuşdu. 1815-ci ildə Avropa qitəsinin yeganə super gücü olan və 1848-ci ildən sonra da hələ də Avropadakı digər güclər ilə çox fasiləsi olan bu ölkə Krım döyüşündən sonra bərabər gücə sahib qüdrətlərlə eyni həddə tənəzzül etdi. Tezar hökuməti bir daha heç zaman 1815-dəki gücünü əldə etmədi.
Birinci dünya müharibəsi əhatə, vaxt və Rusiya sərhədlərinə yaxınlıq baxımından Rus və Yaponiya müharibəsindən çox mühüm idi və ölkə daxilinə daha çox təsir etdi. Cəbhədən məğlubiyyətlə qayıdan hərbiçilər siyasi güc iddiaçılarına çevrildilər və bu səbəbdən Rusiya inqilabı birinci dünya müharibəsinin ən qızğın dövründə yarandı.
Odur ki, inqilabdan əvvəl Rusiyaya hakim siyasi quruluşun kənarında rejimə vəfalı, güclü hərbi güc yox idi. Əksinə məğlub olmuş, ruhiyyəsini itirmiş və rejimə qarşı asi olmuş ordu etirazçı fəhlə sinfinə qoşulmaqla inqilabın qələbəsində mühüm rol oynadılar.
Lakin İranda şah ordusu Fransa və Rusiyadakından fərqli olaraq inqilabın qələbəsindən ən azı 57 il öncə heç bir mühüm xarici döyüşdə iştirak etməmişdi. İranda Məhəmmədrza şah digər şahlardan daha çox silahlı qüvvələrə diqqət göstərirdi. O silahlı qüvvələrin baş komandanı kimi güclü və şaha vəfalı bir ordunun siyasi rejimi daxili müxaliflərdən qoruyacağını və hətta qonşu ölkələrin daxili işlərinə müdaxilə etməsi və beynəlmiləl hədəflərini gerçəkləşdirməsi üçün lazım olanları edəcəyini düşünürdü.
Rusiya ardıcıl məğlubiyyətlər və çoxsaylı müharibələr səbəbindən hərbi baxımdan ən zəif və ən böhranlı vəziyyət idi. Rusiya ordusu inqilabçılara maraq göstərir və bəzi hallarda onlara qoşulurdu. Lakin İran ordusu güc və hərbi avadanlıq baxımından ən yaxşı dövründə idi və nadir hallar istisna olmaqla şah rejiminin sonunadək bu rejimə vəfalı qaldı, əksər hallarda inqilabçıları susdurmaq, dağıtmaq üçün əlindən gələnləri etdi.
Bizim araşdırdığımız iki ölkə mühüm və həssas strateji mövqeyə sahib olmaqdan əlavə ya potensial olaraq, ya da hazırda böyük güclərdən hesab olunurlar. Hər iki ölkə tarix boyu beynəlmiləl rabitələrdə və regionda mühüm rol oynayıblar və oynayırlar. Təbiidir ki, bu ölkələrdə baş verən inqilab zamanı digər ölkələr reaksiya göstərib, ya hakim gücü, ya da müxalifləri himayə etməyə çalışıblar. Inqilabdan əvvəlki siyasi rejimin güc və imkanları öyrənildikdə beynəlmiləl reaksiya məsələsinə diqqət göstərmək zəruridir.
Birinci dünya müharibəsi və Tezar Rusiyasının müharibədə Almaniya, Osmanlı və Yaponiya ilə vuruşması bu dövlətlərin xüsusi ilə Almaniyanın düşmənliyinə səbəb oldu. Lenin bu dövlətin himayəsi və yaratdığı imkanlar ilə Rusiya inqilabçılarına qoşuldu və 1917-ci il oktyabr balşevik inqilabının bünövrəsi qoyuldu. Digər bir tərəfdən Fransa və İngiltərə özləri Almaniya və onun müttəfiqləri ilə vuruşduqları üçün böhranlı şəraitdə olan Tezar Rusiyasını himayə edə bilmirdilər.
Lakin İran dövləti və şah rejimi öz süqutundan azı 10 il əvvəl soyuq müharibənin başa çatması, sakitlik, sülh dövrünün başlaması səbəbindən ömrünün sonunadək dünyadakı mövcud iki supergücün və region güclərinin himayəsinə malik idi. Eyni zamanda İran inqilabçıları heç bir yerdən himayə olunmurdular.
Lakin Rusiya dövləti beynəlmiləl dəstək baxımından pis şəraitdə idi. Avropa dövlətləri inqilabdan əvvəlki Rusiya rejimini bəyənmir, bəzi hallarda onunla düşmənlik edirdilər. Onlar Rusiyanın siyasi rejimini dəstəkləmədlər və əksinə inqilabçıları himayə etdilər. Iran dövləti isə bu baxımdan münasib şəraitdə idi.

İnqilabdan əvvəl rejimlərin möhkəmliyi və həssaslığı

Iqtisadi, hərbi güc və dünyəvi dəstək öz-özlüyündə hər bir siyasi quruluşu ayaqda saxlaya bilməz. Əksinə düzgün idarəçilik, bacarıqlı və məharətli şəxslər böhranlı vəziyyətlərdə güc vasitələrindən düzgün istifadə etməklə problemi həll edə bilərlər. Hərbi döyüşlərdə müşahidə olunub ki, yaxşı komandanlığa malik ordu döyüş təchizatının və digər imkanların olduqca az olmasına baxmayaraq geniş imkanlara malik, lakin yaxşı komandanlığı olmayan orduya qalib gəlib. Rusiyanın siyasi quruluşu hakimiyyətin sərtliyinə, zülmünə baxmayaraq padşahların bacarıqsızlığı və saraya ləyaqətsiz şəxslərin nüfuz etməsi səbəbindən öz mənafesini təyin edib, rejimi, sabitliyi qorumaq üçün yüksək idarəçiliklə tədbirlər görüb, lazım olan dəyişikliklər edə bilmədi.
Şah rejimi öz 38 illik tarixinin çətin dövrlərini arxada qoyduqdan sonra tədricən özünəgüvən əldə etmişdi, mütləq hakimiyyətə çatmışdı. Şah rejimi daxili və xarici təcrübəli məsləhətçilərdən faydalanır, Savak kimi sərt məxfi polisdən istifadə etməklə öz zalım hakimiyyətini ayaqda saxlamaq üçün lazım olan qədər güc yığmışdı.
Zalım rejimlər zəiflədikdə inqilabi xalq hərəkatları yaranır və müfəvvəq olur. Əslində tarix baxımından xalq üsyanları zalım dövlətləri məhv etməyə təklikdə qadir olmayıblar. Xarici təzyiq, dövlət məmurları arasında fikir ayrılığı, parçalanma olduqda zalım rejim zəifləyir və inqilab üçün şərait yaranır.
Rusiya inqilabında müxalif güclər, müxtəlif müxalif siyasi partiyalar olsa da onların Romanovlar rejiminin süqutunda heç bir rolu yox idi, onlar Rusiya imperiyasının bu qədər rahat süqut etməsini təsəvvür bele etmirdilər. Əlbəttə Tezar Rusiyası bir çox təzyiqlərə baxmayaraq könüllü şəkildə millətə təslim olmadı. Lakin iqtisadi böhran səbəbindən yaranan və işçilərin aksiyaları formasında özünü göstərən etirazlar və xalq hərəkatı qarşısında təslim oldu, buz parçası tək əridi.
İran İnqilabı isə ele bir zamanda baş verdi ki, şah rejimi özünü güclü, möhkəm bir rejim hesab edirdi. Müxaliflər və etirazlar qarışısında sonadək güc göstərirdi. İctimai dəstələr belə bir rejimi yıxmaq üçün bütün qüvvələri səfərbər etməli, bir çox şeyləri, bir çox insanları qurban verməli idilər.

İctimai güc

İctimai güc müştərək dəyərlər əsasında bir-birinə yaxınlaşan fəal ictimai qruplardan təşkil olunur. Siyasi güc onların dəyərlərini və istəklərini təmin edə bilmədikdə, yaxud təmin etmək istəmədikdə ictimai qruplar naümid olurlar və onların istəklərini yerinə yetirən və düşüncələrini nəzərə alan rəhbərlərin ardınca gedirlər. Ictimai gücün yaranmasında üç əsas var: Xalq, rəhbərlik və ideologiya.

Xalqın həmkarlığı

Rusiyada zalımn rejimin çevrilməsində xalqın həmkarlığı zəif idi. Peterburq şəhərinin zavodlarındakı işçilərin az bir hissəsi və həmin şəhərdəki hərbi hissənin əsgərləri üsyan edib, Romanovlar ailəsinin süqutu üçün gərəkli şəraiti yaratdılar.
İran İslam inqilabında xalqın az bir hissəsi və rejimə bağlı ordunun böyük bir hissəsi istisna olmaqla əhalinin bütün sinifləri, bütün təbəqələr, ictimai qruplar, şəhər və kənd əhaliləri və bir sözlə hamı ölkənin iqtisadi və idari çarxlarını işdən saldılar, başdan ayağa silahlanmış rejim qarşısına boş əllərlə çıxdılar və onu çevirdilər.
Fransa və Rusiya inqilabında hətta inqilabın qələbəsindən sonra zülm və diktatorluq zəncirləri qırıldıqda, siyasi agahlıq və xalqın həmkarlığı üçün münasib şərait yarandıqda da, inqilabdan sonrakı hökumətlərin süstlüyü səbəbindən xalqın həmkarlığı azaldı. Tarix və xalqın inqilabdan sonra seçkilərdə iştirakının hesabatı bu sözü sübut edir.
Lakin İran xalqı inqilabın qələbəsindən sonra seçkilərdə yüksək səviyyədə iştirak etdilər. Hətta böhranlı şəraitlərdə, şəhərlər bombalandıqda belə İslam Respublikasının siyasi fəaliyyətlərinin davamı üçün lazım olan seçkilərin heç biri təxirə salınmadı. Geridə qalan üç on illikdə xalqımız 30 dan çox seçkidə iştirak edib. Xalqın seçkilərdə hər dəfə əvvəlkindən daha fəal iştirakı heyrət doğurur. Xüsusi ilə xalqın hər il inqilabın ildönümü münasibəti ilə milyonluq yürüşləri onların agahlığınının, səhnədə olmalarının və öz inqilablarını himayə etmələrinin göstəricisidir.

Rəhbərlik

Inqilabçı dəstələr ideoloji baxımdan vəhdətə malik olmadıqda, yaxud inqilabçıların təşkilatlanması zəif olduqda inqilab prosesində rəhbərin şəxsiyyəti və rəhbərliyin rolu daha aşkar görünür. Digər bir tərəfdən inqilab rəhbərlərinin rolunu üç cəhətdən müşahidə etmək olar: İnqilabın ideoloqu, inqilabçıların komandanı və inqilabın qələbəsindən sonra rejimin qurucusu!
Söz açdığımız iki inqilabın rəhbərlərinin rolu müqayisə edildikdə məlum olur ki, İslam inqilabının bu sütunu da xalq sütunu qədər müstəsna xüsusiyyətlərə, imtiyazlara və gücə malik olub. Rusiya inqilabında isə bunu görmürük.
Rusiya inqilabında inqilabın rəhbərləri cəmiyyətin orta və yüksək təbəqəsinə aid şəxslər idilər. Lakin İran İslam İnqilabının rəhbərləri cəmiyyətin yoxsul, aşağı təbəqəsinə aid idilər.
Rusiya inqilabının rəhbərləri müdafiə etdikləri və nümayəndəsi olduqları təbəqəyə aid şəxslər deyildilər. Islam İnqilabında isə rəhbərlər müdafiə etdikləri təbəqənin üzvləri idilər.
Rusiya inqilabında intellektlər və təhsil almış şəxslər inqilaba rəhbərlik edir, zadəganlar və ruhanilər inqilabın əleyhinə fəaliyyət göstərirdilər. Islam İnqilabında isə solçu və sağçı intellektlər inqilabın əleyhinə olanlara rəhbərlik edirdilər.
Rusiya inqilabında rəhbərliyə aid qeyd etdiyimiz üç xüsusiyyətə eyni zamanda malik olan, ideyası olan, inqilabçılara rəhbərlik edən və inqilabdan sonra rejim qura bilən bir şəxs görmürük. Islam İnqilabında isə belə bir istedadı, gücü olan rəhbər var idi. Rusiya inqilabında Lenin inqilabın ən üstün simalarındandır. Onun xüsusi istedadı və imtiyazları var idi. Lenin Oktyabr inqilabı kimi tanınan inqilabın gerçəkləşməsi üçün əsas işləri gördü. Amma həmin ilin fevral ayı Romanovlar rejiminin süqutunda əsas rolu oynamırdı. Inqilabın əsas simalarından olan digər şəxslərdə rejimin süqutunda əsas rolu oynamadılar. Əslində Tezar rejiminin süqutu öz-özünə baş verən və rəhbərsiz bir hərəkat nəticəsində oldu.
Mütaliələr göstərir ki, Rusiya inqilabında həm ideoloq, həm də inqilaba rəhbərlik edən sima yoxdur. Rusiya inqilabının əsas simaları nə inqilabın ideloqu olublar, nə də onun rəhbəri. Əksinə inqilabdan sonra yaranan dövlətlərin qurucusu olublar. Onlar rejimin süqutundan sonra baş verən dəyişikliklərə, hadisələrə təsir qoyublar.
Islam İnqilabında isə inqilabın rəhbəri Həzrət İmam Xumeyni (r) dini rəhbər idi, təqlid mərcəsi idi, xüsusi istedada, ruhi gücə sahib idi. O inqilabın ideoloqu, komandanı və qurucusu rolunu ən gözəl şəkildə ifa etdi.

İdeologiya

Hər üç ölkədə inqilabdan əvvəlki padşahlıq öz etibarını itirmişdi. İnqilab ideologiyası dövlət binasını yenidən qurur. İdeoloji məktəblər inqilab rəhbərlərinə kütlənin siyasi fəaliyyətə qoşulması, mübarizə aparması üçün və inqilab hərəkatını formalaşdırmaqda kömək edir.
Uyğun inqilablara hakim ideologiyaları araşdırdıqda aydın olur ki, Rusiyada marksizm öz maddi çıxarışları ilə ardıcılları üçün yalnız dünyada məhdud üfüq yaradır və çar hökumətini çevirmək üçün lazım olan ruhiyyənin yaranmasında mühüm rol oynamır. Hətta padşahlıq rejiminin süqutundan sonra da öz dəyərlərini gerçəkləşdirməkdə problemlə qarşılaşır və nəzəriyyələrində bir çox dəyişikliklər etməyə məcbur qalır. Digər bir tərəfdən marksizm məktəbi Rusiya xalqının ruhiyyəsinə uyğun deyildi, əksəri dindar olan xalqın əqidəsinə qarşı idi. Bu səbəbdən uyğun idelogiya müxtəlif siniflərin birləşməsində, formalaşmasında gərkli olan sərmayəyə malik deyildi. Yalnız xüsusi bir təbəqənin, bəzi intellektlərin ideologiyası olaraq qaldı.
Lakin İslam məktəbi 1400 il əvvəldən İrana daxil olmuşdu. Əksəriyyət İslama inanır, onunla yaşayırdı. İslam onların həyatının dərinliyinə nüfuz etmişdi. İslam ilahi dünyagörüşü ilə öz ardıcılları üçün olduqca geniş üfüq yaratmışdı. Həmçinin axirət səadəti müjdəsi verməklə yanaşı fərdi və ictimai həyatda xoşbəxtliyin təmin olunması üçün göstərişlər, tövsiyələr verir. Islam məktəbi digər məktəblərlə müqayisədə olduqca əzəmətlidir.
Xüsusi ilə şiə məktəbində inqilabi dəyərlər mövcud olduğu üçün İslam inqilabı prosesində güclü bir məktəbdən faydalanmaq imkanı var idi.
Rusiya inqilabı təkcə dövlətin yox, ruhaniyyət və kilsənin də əleyhinə idi. Rusiya inqilabdan sonra kilsəyə arxa çevirdi. Lakin İslam İnqilabında şiə ruhanilər dövlətin əleyhinə qalxıb, inqilaba rəhbərlik etdilər.
Islam İnqilabının ideoloji müvəffəqiyyəti İran İslam İnqilabının ən fərqli cəhətlərindən idi. Bu ideologiya müasir siyasiləşmiş istəklərə, eyni zamanda maddi məktəblərdən naümid olmuş ehtiyaclara güclü cavab idi. Bu ideologiyada qərbin ideoloji və siyasi hərəkatlarından əldə olunmuş təcrübələrdən də istifadə olundu. Digər sözlə məzhəblərlə mübarizə aparan kommunizmdən bir çox üstünlüklərə malik idi. Kommunistlər kimi dini yeni bir şeylə dəyişmək əvəzinə İslam İnqilabı fəal və hücum xarekterli dindən istifadə etdi və gərəkli olan ideoloji vasitələrlə xalq siyasət səhnəsinə daxil oldu. Bu işlə dünya tarixinə böyük kömək etdilər.
Amerikalı yazıçınin dediyinə görə bu gün bir şəxs Marks inqilabının teoriyasında nəyin etibarlı, nəyin etibarsız olduğunu soruşsa, cavab vermək lazımdır ki, bu teoriya artıq keçmişdə və tarixdə qaldı. Marksın nəzəriyyəsinin uyğunsuzluğu o zaman məlum oldu ki, Marksın müəyyənləşdirdiyi kimi inqilablar qərbin ən inkişaf etmiş ölkələrində baş vermədi və sosializm Rusiya və Çinin geri qalmış fəhlə sinfi, əkinçi təbəqəsi arasında icra olundu. Bir çox inqilablar üzərində araşdırmalar sübut etdi ki, Marks modeli olduqca sadə yanaşmasına görə istifadəyə yararsızdır və əslində inqilabların daha yaxşı dərk olunmasına mane olur.
Beləliklə İslam İnqilabının qələbəsinin sirrini yalnız yuxarıda qeyd etdiyimiz üç əsas prinsipin (xalq, rəhbərlik, ideoloji məktəb) yüksək səviyyədə icrasında, əzəmətində axtarmaq olar. İslam İnqilabı bu səbəbdən araşdırmaçıların hesablamalarının əksinə olaraq dünyanı heyrətləndirdi, güclü və kök atmış şahənşah rejimini çökürdü.
Rusiya İnqilabının qələbəsi inqilab qüvvələrinin qüdrəti, möhkəmliyi səbəbindən yox, hakim rejimin sütunlarının zəifliyi səbəbindən baş verdi. Rusiyada hakim rejim çürümüşdü, hərbi, iqtisadi böhran və dünyəvi təzyiq rejimi daha da zəiflətmişdi. Siyasi quruluşun süqutu qaçılmaz idi. Əslində ictimai müxalif dəstələr siyasi hakimiyyətin zəifliyindən yaranmış boşluq sayəsində səhnədən uzaqlaşmış, parçalanmış rejimin varisləri və inqilabçı qüvvələr kimi fəaliyyətə, rəqabətə başladılar və hakimiyyəti ələ keçirdilər.
Bu müqayisələrə əsasən İslam İnqilabının Rusiya inqilabından daha əzəmətli olduğunu müşahidə edirik.
İslam inqilabının qələbəsi daha çox siyasi mərkəzlərin təəccüblənməsinə səbəb oldu. Onlar öz əvvəlki mütaliələrinə əsasən İranda belə bir hadisənin baş verəcəyini təsəvvür belə edə bilmirdilər. Amerikanın SİA və DİA kəşfiyyat orqanları şah rejiminin süqutundan 4 ay əvvəl belə bir nəticə əldə etmişdilər ki, İran nə inqilab şəraitindədir, nə də inqilaba hazırlıq mərhələsində. Şah rejimi azından 10 il də yaşayacaq.
Mütəxəssislərdən biri yazır: “1977-1979-cu illərdə şah rejiminin süqutu və İran inqilabının başlanması hamını, xarici nəzarətçiləri, şahın dostlarını, jurnalistləri, siyasi mütəxəssisləri, cəmiyyətşünasları və inqilab mütəxəssislərini təəccübləndirdi. Biz hamımız innqilab hadisələrini heyrətlə, təəccüblə izləyirdik, İran İnqilabı tamamı ilə qaydalara və təbiətin əksinə olan bir hadisə idi. Şübhəsiz bu ictimai bir inqilab idi. Odur ki, inqilab prosesi, xüsusi ilə şahın süqutuna səbəb olan hadisələr Fransa, Rusiya və Çin inqilabları barəsində araşdırmaların, mütaliələrin üzə çıxardığı amilləri sual altına aldı. İran İnqilabı xalqa bağlı bir inqilab idi, bu inqilab İranda siyasi rabitələrin, mədəniyyətin əsaslarını, ictimai və iqtisadi sütunları elə bir şəkildə dəyişdi ki, bu onun tarixdə ictimai inqilabların böyük nümunəsi kimi yadda qalmasına səbəb oldu.”
İndi belə bir sual yaranır ki, Fransa və Rusiya inqilablarını böyük inqilab adlandıracağıqsa, bu halda İslam İnqilabını necə adlandırmalıyıq?! Əgər İslam İnqilabı həqiqi və kamil bir inqilabdırsa, bu halda Fransa və Rusiyada baş verənləri nə adlandırmalıyıq? Həmin araşdırmaçının dediyi kimi, Fransa və Rusiya inqilabları gəldilər, yaranmadılar. Lakin İran İslam İnqilabı gəlmədi, əksinə mövcud şəraitə görə yarandı. Bu inqilab sadəliklə yaranmadı. İnqilabın yaranmasında xalqın bütün sinifləri, bütün insani qüvvələr əl-ələ verdi, güclü rəhbərlik oldu və inqilaba aşiq minlərlə insan qurban verildi. Elə bu səbəbdən İslam İnqilabının qələbəsi hamını təəccübləndirdi. Şübhəsiz İslam İnqilabının tarixdə oxşarsız bir inqilab olduğunu iddia etmək olar.
Amerikalı yazıçı Fransa, Rusiya və Çin inqilabları barəsində mütaliələrindən sonra belə nəticə əldə edir:
Fransa, Rusiya və Çin inqilabdan öncə imperatorluq yaratmışdılar. Bu imperyalar gözlənilən üsyanlar qarşısnda hakimiyyəti qorumaq gücünə malik deyildi. İctimai inqilab baş verməmişdən öncə bu hakimiyyətlərin, imperyaların hərbi sistemləri, gücləri dağılmalı idi. 1789-cu ildə Fransada, 1917-ci ildə Rusiyada və 1948-ci ildə Çində baş verən inqilabın səbəbi inqilabçıların tədbirli addımları, düşünülmüş, məntiqli fəaliyyətləri yox, hərbi və idari parçalanma nəticəsində yaranan siyasi inqilab böhranları idi. Bu böhran elə bir halda yaranır ki, imperiyalar hərbi rəqabətlərin, xarici qüvvələrin, siyasi təşkilatların zəifliyinin təzyiqi altında qalır və mövcud rejim uyğun inqilabi böhranlar səbəbindən hərbi və beynəlmiləl təzyiqlərə tab gətirmir, məğlub olurdu.
O belə davam edir: “Asılı olan ölkələrdə inqilablar xaricdən gələn maddi və iqtisadi yardımların təsiri ilə formalaşır. Yeni rejimlərin siyasətlərində nüfuz sahibi olmaq istəyən xarici qüvvələr adətən yeni ortaya çıxan inqilab qəhrəmanlarına kömək etməyə başlayırlar.”
Mütəxəssilərsən birinin bu barədə maraqlı bir sözü var: Təqribən bütün Avropa ölkələrində üç güc mərkəzi var. Padşahlıq, zadəganlar və xalq. Əlbəttə xalqın qüvvəsi əsas rol oynamır. Belə bir şəraitdə inqilab yalnız tədrici proses nəticəsində yarana bilər. Bu proses ruhanilər, zadəganlar və şöhrətli şəxslər tərəfindən başlanır, xalq tərəfindən himayə olunur. Uyğun qüvvələr öz mənafelərini hakimiyyətə qarşı olmaqda gördükdə bu addımı atırlar. Elə bu səbəbdən idi ki, Fransada qazilər, şöhrətli şəxslər, ruhanilər və dövlətlilər inqilabın əsas fəalları oldular, xalq isə sonradan səhnəyə çıxdı. Bu inqilablarda inqilaba başlayan şəxslər xalqın hakimiyyətə gəlmə ehtimalını gördükdə inqilabı dayandırmağı arzulayırdılar.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button