Şeir

Aman Allah

Aman Allah, bu nə zillət, nə fəlakətdi belə?
Haqq – ədalət çəkilib göylərə, dəhşətdi belə!
Sən bizi xəlq elədin elm, ədəb öyrənmək üçün,
Bəs bu insanlar içində nə cəhalətdi belə?
İblisin kölgəsinə səcdə edənlər çoxalıb,
Baxıram hansı yana, şərdi, ədavətdi belə!
İnamı olmayan imanlılara zülm eləyir,
Bu ki, şeytani sifət, əsli cinayətdi belə!
Aqil insanlara dünya evi zindan kimidir,
Amma, nadanlar üçün hər yanı Cənnətdi belə!
Alimi ac, gecə-gündüz çörəyin fikrin edir,
Əli işdən soyuyub, dərddi, müsibətdi belə!
Kasıbın heç nəyi yox, sanki, Cəhənnəmdə yanır,
Hara getsə, o, üzü qarə, xəcalətdi belə!
Varlının hər nəyi var, gözləri acdır yenə də,
Saxlaya bilməyir öz nəfsin, əsarətdi belə!
Mə’rifət sahibinin zərrə qədər hörməti yox,
Çünki, dövranın ona verdiyi qiymətdi belə!
Hamı imanı üçün yox, çalışır varı üçün,
Heç kimə tutmayır əl, sanki, Qiyamətdi belə!
Millətin xeyrinə heç kim hərəkət yləməyir,
Ancaq, onlar görən iş xalqa xəyanətdi belə!
Məni, ya Rəb, niyə bu ölkədə sakin elədin?
…Sən bilirdin buranın xalqı nə millətdi belə!
Dini yox, məsləki yox mən çox adamlar Gördüm,
Onların qibləsi pul, Tanrısı dövlətdi belə!
Bunlar azmış, qızışıb dinimə də atdılar əl,
Qatı düşmən bunu etməzdi, zəlalətdi belə!
Xaliqin varlığına şəkk eləyən dinsizlər,
Sökdülər bir neçə məscidləri, fürsətdi belə!
Namaz əhlində olan birliyə söz tapmadılar,
Düşdülər dəhşətə: Ey–vay, bu nə vəhdətdi belə?!
Qadağa qoydular azan ilə Qur’an səsinə,
Tanrıya oldular asi, bu da zillətdi belə!
İndi də ortaya atmışlar hicab söhbətini,
Hər görəndə kor olurlar, nə məlahətdi belə?
Hələ də anlamayıblar ki, toxunmazdı hicab,
Çün bizim dinimizin bayrağı, qeyrətdi belə!
Kim ki, Allahlıq edir yerdə Firontək, Yusif,
Onların özlərinə, zatına lə’nət de belə!

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button