ArxivXəbər lentiXəbərlər

Cənab Rəhbərin baxışında məhərrəm ayının əhəmiyyəti

Cənab Rəhbər Həzrət Ayətullah Seyid Əli Xamenei məhərrəm ayının əhəmiyyəti haqda buyurur: 


Məhərrəm ayı din alimlərinə öz dinləyicilərini Allah, İslam, Peyğəmbər (s), Əli (ə) və Hüseyn (ə) həqiqətlərinin bir hissəsi ilə tanış etmək imkanı verir

Siz qardaş və bacılar özünüz məhərrəm ayının əhəmiyyətini yaxşı bilirsiniz; həm məhərrəmin hadisələri baxımından, həm məhərrəmin tarixdəki – istər qədim tarixdəki, istərsə də inqilab tarixindəki təsiri baxımından, həm də məhərrəmin həmişə din elminin daşıyıcıları üçün yaratdığı imkan baxımından.
Məhərrəm ayı din alimlərinə öz dinləyicilərini Allah, İslam, Peyğəmbər (s), Əli (ə) və Hüseyn (ə) həqiqətlərinin bir hissəsi ilə tanış etmək imkanı verir. Mühüm olan bu imkandan necə istifadə olunmasıdır. 

Çoxlu fürsətlər insanın əlindən əbəs yerə xaric olur. Əgər biz öz işimizdə – istər fürsətlərdə, istər imkanlarda, istər Allahın bizə verdiyi nemətlərdə hesablama aparsaq, şübhəsiz, qədirbilməzlik etdiyimiz çoxlu yerlərlə rastlaşacağıq; bu neməti, bu fürsəti, bu imkanı, bu bilgini, bizdə olan bu nitqi və bu məsuliyyət hissini tələf etdik, onlardan maksimum bəhrələnmədik. Ölkənin ruhani cəmiyyəti və din alimləri üçün ən vacib işlərdən biri budur ki, bu fürsətlərdən ən yaxşı şəkildə istifadə etmək haqda düşünsünlər. nur-az.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button