Şəxsiyyətlər

Hüccətul-islam vəl-muslimin Seyid Əli Əkbər Ocaq Nejad

Hüccətul-İslam vəl-muslimin Seyid Əli Əkbər Ocaq Nejad 1335-ci ilin baharında Ərdəbil şəhərində anadan olub. Bu şəhərdə ibtidai və orta təhsilini başa vurduqdan sonra dini elmlər üzrə təhsilini davam etdirmək üçün Qum şəhərindəki elmi-teoloji mərkəzə gedib və İslam İnqilabının qələbə çaldığı 1357-ci ilə qədər bu mərkəzdə təhsil dərəcələrini müvəffəqiyyətlə başa vurub.
Hüccətul-İslam vəl-muslimin Seyid Əli Əkbər Ocaq Nejad müqəddəs Qum şəhərində böyük Ayətullahul-üzmalar Müdərris Əfqani, Vicdani Fəxr, Şeyx Əli Pənah Eştəhari, Əli Meşkini (sonradan onun qızı ilə ailə həyatı qurub), Məhəmməd Fazil Lənkərani, Bəni Fəzl, Məhəmməd Reyşəhri və Müftiüş-şiə Ərdəbili kimi böyük alimlərdən dərs alıb.

İslam İnqilabından sonrakı fəaliyyəti

İslam İnqilabının qələbəsindən sonra o, dini və təbliğat fəaliyyəti ilə yanaşı, Ərdəbil şəhəri Mərkəzi İslam Komitəsinə, daha bir il isə Pars Abad Muğan şəhəri Mərkəzi İslam Komitəsinə sədrlik etmişdir. 1359-cu ilin əvvəllərindən etibarən 3 il müddətinə din təbliğatçısı kimi Astara şəhərində fəaliyyət göstərmiş, sonuncu ildə işə həmin şəhərin İmam-cüməsi vəzifəsinə təyin edilmişdir. Bu fəaliyyətlərinin ardınca o, təhsilini davam etdirmək üçün yenidən Qum şəhərinə köçmüş və 1371-ci ilə qədər burada təhsil və tədris dərəcələrini müvəffəqiyyələ başa vurmuşdur.

DSC_0093_53998

Hüccətul-İslam vəl-muslimin Seyid Əli Əkbər Ocaq Nejad 1370-ci ildə o dövrkü ölkə başçısı Ayətullah Haşimi Rəfsəncaninin göstərişi əsasında yenicə fəaliyyətə başlamış Azərbaycan Respublikası üzrə Dini İşlər Qərargahının məsul sədri vəzifəsinə təyin olunmuş, iş fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasına müntəzəm gediş-gəlişindən sonra 1373-75-ci illər ərzində Ali Məqamlı Rəhbərin Azərbaycan Respublikasındakı nümayəndəsi Ayətullah Saberi Həmədaninin birinci müavini vəzifəsini də öhdəsinə götürmüşdür. Ayətullah Saberi Həmədanindən sonra 1375-ci ildən etibarən Ali Məqamlı Rəhbərin Azərbaycan Respublikasında nümayəndəsi təyin olunmuşdur. Həmçinin Hüccətul-İslam vəl-muslimin Seyid Əli Əkbər Ocaq Nejad 1375-ci ildən etibarən artıq 14 ildir ki, İİR-nın Azərbaycan Respublikasındakı Səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviridir. Bundan əlavə, o, Azərbaycan Respublikasında bəzi dini mərkəzlərin və mərceyi-təqlidlərin nümayəndəsi kimi də fəaliyyət göstərmişdir.

Azərbaycan dilində çap olunmuş əsərləri:

“Qədr gecələri”; 1 cilddə
“İnsana inam”; 1 cilddə
“Qəlbdən süzülən damcılar” (məqalələr məcmuəsi);
1 cilddə“Əhli-beytin (ə) məqamı”; 1 cilddə
“Quran belə deyir”; 2 cilddə
“Aşura dərsləri”; 1 cilddə
“Ümmin Əbihai”; 1 cilddə

Çap olunmamış əsərləri:

“Qəlb və halat-e moxtəlef-e an əz nəzər-e …” ; fars dilində, 2 cilddə
“Tuba-ye şəcəre-ye teyyibe”; fars dilində, 1 cilddə
“Şeytan və damha-ye fəribənde-ye an”; fars dilində, 1 cilddə
“İzzət və əzizan dər eslam”; fars dilində, 1 cilddə

ocaqnejad.net

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button