ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda daha bir vəzifəli şəxs saxlanıldı Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov həbs olunub

Azər Rəcəbov korrupsiya əməllərində şübhəli bilinir. Onunla yanaşı daha bir neçə vəzifəli şəxsin də saxlanıldığı deyilir.
A.Rəcəbov ötən ilin dekabrında Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinə müdir təyin olunmuşdu. 
Qeyd edək ki, bir neçə gün öncə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan, Şəki, Xaçmaz və Qazax rayonlarındakı şöbələrində də əməliyyat keçirilmiş, vəzifəli şəxslər saxlanılmışdı.
Baş Prokuorluğun Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Yeri gəlmişkən bildirək ki, iki il bundan əvvəl mayın 5-də prezident İlham Əliyev Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edərkən.ölkədə korrupsiya və rüşvətxorluğun sistematik hal almasından şikayətlənmişdi: “Bəzi rayonlarda  təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan, valideynlərdən, hər məktəb direktorundan pul yığılır, rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir”, – deyə ölkə başçısı bəyan etmişdi. 
Azərbaycan Respublikası prezidenti ölkədə geniş yayılmış korrupsiya və rüşvətxorluğa qarşı həm inzibati yollarla, həm də institusional üsullarla mübarizəyə səy göstərildiyini bildirib.
Prezidenti uzun illərdir tanınmış simalar və xalq tərəfindən deyilən vəzifələrin pulla alqı-satqısı faktını da təsdiqləyərək demişdi: “Bəzi nazirliklərdə vəzifəyə təyin olunmaq üçün bəzi hallarda rüşvət tələb edilir”. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button