ArxivFilm​mədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türkiyə Prezidenti İranlı həmkarı ilə danışıb

Prezident Rəisi Türkiyəli həmkarı ilə telefon danışığında İslam ölkələrinin sionist cinayətlərinin qarşısının alınması üçün əlaqələrin kəsilməsinin ən təsirli vasitə olduğunu diqqətə çatdırıb.

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranlı həmkarı Seyid İbrahim Rəisi arasında telefon danışığında tərəflər bir-birini Fitr bayramı münasibəti ilə təbrikləşərək bütün müsəlmanların bu müqəddəs bayramın bərəkətindən mümkün qədər faydalanmasını arzu ediblər.

Prezident Rəisi iki ölkə arasında əldə olunmuş razılaşmaların, xüsusilə də son Ankara səfəri zamanı əldə olunan anlaşmaların həyata keçirilməsini vurğulayıb.

Həmçinin İran və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə müştərək komissiyanın iclasının keçirilməsi ilə bağlı iki ölkənin əlaqələrinə toxunan İran prezidenti, bu görüşün qarşılıqlı münasibətlərin daha yaxşılaşması və möhkəmlənməsinə səbəb olacağına ümidvar olduğunu bildirib.

Prezident Rəisi söhbətində sionist rejimin Suriyadakı İran konsulluğuna cinayətkar hücumunu pisləməkdə tutduğu mövqeyə görə Türkiyəyə təşəkkür edərək, bu cinayətin cavabsız qalmayacağını bir daha vurğulayıb.

Sionistlərin Qəzzədə törətdikləri cinayətlərə ən təsirli amilin İslam ölkələrinin bu rejimlə iqtisadi və siyasi əlaqələrinin kəsilməsi olduğunu təkid edən Prezident İbrahim Rəisi

 

 “ Bu gün ABŞ və Qərb ölkələrinin dəstəyi və beynəlxalq təşkilatların, eləcə də insan haqları qurumlarının sionist rejimin Qəzzənin məzlum xalqına qarşı tərətdiyi cinayətlər qarşısında fəaliyyət göstərməməsi bu ölkə və təşkilatların daha da rüsvay olmasına səbəb olub”-deyə Türkiyəli həmkarının nəzərinə çatdırıb.

Bu telefon danışığında Rəcəb Tayyib Ərdoğan ölkə prezidentini və İran xalqını Ramazan bayramı münasibətilə təbrik edərək, dövlət başçısından onun ən səmimi salamlarını və təbriklərini İslam İnqilabının Ali Məqamlı Rəhbərinə çatdırmağı xahiş edib.

Türkiyə prezidenti həmçinin iki ölkə rəsmiləri arasında razılaşdırılmış memarandumların icrası prosesinin sürətləndirilməsi istiqamətində səylərini xatırladıb.

Prezident Ərdoğan daha sonra sionist rejimin İranın Dəməşqdəki konsulluğuna hücumunu bir daha pisləmiş və rejimin cinayətkar mahiyyətinə toxunaraq, “bu gün sionist rejim heç vaxt olmadığı qədər təcrid olunmuş və daha da nifrətlə qarşılanan bir rejimə çevrilmişdir.”-o, sözünə əlavə edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button