ArxivXəbər lentiXəbərlər

Gürcüstandakı xarici vətəndaşlar buna əməl etməsələr cərimələnəcəklər

qafqaz.ir xəbər verir ki, Gürcüstanda leqal qala bilənlərin icazə müddəti bitəndən 3 ay sonra ölkəni tərk etməlidirlər.

Bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi məlumatında bildirib.

Qeyd olunur ki, 1 avqustdan etibarən Gürcüstanda vətəndaşlığı olmayanların koronavius pandemiyasına görə güzəştli qalma izni ləğv olunur, belə şəxslərin bu ölkədə qalmaları qanunsuz sayılacaq.

“Vaxt bitdikdən və ölkələrinə getməyən xarici ölkə vətəndaşları 180 Lari (60 dollar, 100 AZN) cərimə ödəməli olacaqlar. Üç ay ərzində ölkəni tərk etməyənlər isə iki qat cərimələnəcəklər.”, – nazirlik rəsmisi bildirib.

Cərimələnmək istəməyənlər üçün isə uzunmüddətli ölkədə qalma izni üçün müraciət də təklif olunur.

Gürcüstanda qalma ilə bağlı qaydalar xarici vətəndaşlar üçün eyni deyil. Azərbaycan və Rusiya vətəndaşları Gürcüstanda 1 il leqal qala bilərlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button