AktualAktual

Bakılı tələbənin şəhid olmazdan öncəki xəbərdarlığı: Vəhhabilərin təhlükəsi (geniş şərh)

Bakı Dövlət Universiteti BDU-nun Şərqşünaslıq İnstitutunun 2-ci kurs tələbəsi və media sahəsində də fəal olan Azərbaycan Respublikası islami cərəyanın fəal gənclərindən biri Asim Məmmədovun cəsədi Bakının xilasedici qrupları tərəfindən Xəzər dənizindən çıxarıldı.

Bu hadisə hər bir məsələdən öncə kommunizmin 1937-ci il və ondan öncəki siyasətlərini xatırladır. Çünki o illərdə təkcə bir dindar deyil, çoxlu sayda şiə, xüsusilə də Azərbaycan Respublikasının ruhaniləri öz dini etiqadlarında israrlı olmaq və Azərbaycan şiələrinin mentalitetini islam dünyasından ayırmaq niyyətində olan kommunistlərin mədəni siyasətləri ilə eyni istiqamətdə olmaması cinayəti ilə faciəvi şəkildə şəhid edilirdilər. Bu üsullardan biri dindar və ruhaniləri Xəzər dənizində batırmaq idi.
Məhərrəm ayında Azərbaycan Respublikasının xüsusi mədəni atmosferində bir tərəfdən qərbin çılpaq mədəniyyətinin xidmətində olan, digər tərəfdən isə qərb və beynəlxalq sionizmin anti-İran və anti-islam siyasətlərinə xidmət üzrə fəaliyyət göstərən bu ölkənin əksər mediaları tərəfindən yaradılmış əxlaqa qarşı uçurumlar və mühasirələrindən xilas olmuş və əsil şiə dəyərlərinin gerçəkləşməsi istiqamətində hərəkət edən bu pak təbiətli gəncin şəhid olması müxtəlif prizmalardan araşdırılasıdır. Şəhid Asim Məmmədovu Azərbaycan Respublikasında vəhhabiliklə mübarizənin ilk şəhidi adlandırmaq olar. O son zamanlar Məhərrəm ayının fəziləti və əzəməti barəsində İmam Xomeyninin (rə) çıxış və bəyanatlarını Azərbaycan Respublikasının İslamazeri saytına tərcümə etmiş və hazırlamışdı və cari il Məhərrəm ayında bir neçə dəfəyə bu saytda yayımlamışdı.

Bu azərbaycanlı dindar tələbə bir müddət öncə də Facebookdakı səhifəsində bildirmişdi ki, Bakının vəhhabi və sələfi ünsürləri tərəfindən bir neçə dəfə hədələnib. Bu hədənin sirrini bu şəhidin düşüncəsində müşahidə etmək mümkündür. Asim Məmmədov ötən ay öz Facebook səhifəsində yazmışdı: Son vaxtlar vəhhabilər və bəzi azərbaycanlı şiələrin ictimai şəbəkələr və elektron poçtlarında bir-birlərini söymələri və ölümlə hədələmələrinin şahidiyik. Söz təhdidlərindən əlavə, bu prosesin davam etməsi Azərbaycanı 2-ci Suriyaya çevirəcəkdir.
2-ci Suriyaya çevrilmək istiqamətində Azərbaycan Respublikasının hərəkətinə dair bu ziyalı azərbaycanlı tələbənin proqnozu hərtərəfli analiz olunmağa və araşdırılmağa ehtiyac duyan məsələdir.

Bir proqnoz və ardınca şəhidlik
Azərbaycan Respublikasında bu media və siyasi fəalın proqnozu o qədər əhəmiyyətlidir ki, bir tərəfdən Azərbaycan hakimiyyətinin vahiməyə düşməsinə səbəb olub, digər tərəfdən isə bu ölkə vəhhabiləri və onları himayə edən digər ölkə və qruplaşmalar bəlkə də öz planlarının qəfil ifşasından təəccüblənərək çarə axtarmağa məcbur olublar. Buna görədir ki, siyasi və ictimai məsələlər üzrə bəzi ekspertlər Asim Məmmədovun ittiham barmağını rəsmi Bakının təhlükəsizlik qüvvələrinə doğru tuşladığını və bəzi vəhhabi qruplaşmaların bu gənc dindarın şəhid edilməsində məsuliyyət daşıdığını bildirirlər. Əlbəttə azacıq düşünməklə bu siyasi və media fəalının şəhid edilməsində qeyd olunan iki tərəfin əməkdaşlığı qənaətinə gəlmək olar. Necə ki, Azərbaycan hökuməti bundan öncə də bu ölkənin əsil şiə cərəyanı ilə mübarizə aparmaq üçün vəhhabilik cərəyanından istifadə etmək niyyətində olmuşdur. Əlbəttə bu ölkənin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul şəxsinin etirafına görə, Azərbaycan Respublikası bu siyasətdən əks-nəticə alıb.

Azərbaycan Respublikası və vəhhabilik

Əhalinin tərkibi baxımından İran İslam Respublikasından sonra dünyanın 2-ci şiə ölkəsi hesab olunan Azərbaycan Respublikası illərlə öncədən vəhhabilik cərəyanının diqqət mərkəzində durub və hazırda Azərbaycanın çoxluq təşkil edən şiələri, xüsusilə də bu ölkənin şiə fəalları keçmiş illər ərzində xarici dəstəklərdən əlavə Azərbaycan hökumətinin “sönük” dəstəyindən faydalanan vəhhabi azlığı adı altında bir problemlə üzləşmişlər. hazırda bu azlıq qrup Azərbaycan Respublikasının əhali tərkibini dəyişmək və bu müsəlman ölkəsində əsil islam cərəyanın inkişafının qarşısını almaq məqsədilə şiələrlə qarşılaşmaq niyyətindədir. Asim Məmmədovun şəhadəti, eləcə də Azərbaycan Respublikasının tanınmış ruhanisi Şahin Həsənlinin ölümlə hədələnməsi bu azərbaycanlı vəhhabilərin planlarının təkcə bir hissəsidir. Bununla əlaqədar Türkiyə Cəfəriləri Cəmiyyətinin rəhbəri Səlahəddin Özgündüz ötən yanvar ayında Azərbaycan Respublikasının Bakıxəbər qəzeti ilə müsahibəsində demişdir: Vəhhabiliyin tərəfdarı olan ölkələrin Azərbaycanda dini sahədə qarşılaşmanın yaradılması istiqamətindəki səyi inkaredilməz həqiqətdir. Onun sözlərinə görə, əslində sünni adı ilə yalnız vəhhabilik Azərbaycana ixrac olunur və onların məqsədi Azərbaycanın əhali tərkibini dəyişməkdir.
Bundan 3 il öncə Azərbaycan Respublikasının İslam partiyasının məhbus sədri Doktor Möhsün Səmədov saxlanılmazdan və uzunmüddətli həbsə məhkum olunmazdan öncə, vəhhabilik barəsində mövqeyini bildirərək demişdi: Vəhhabilik düşüncəsi Ərəbistanın kapitalları ilə bu ölkədə genişlənməkdədir. Möhsün Səmədov xatırlatmışdı: Vəhhabilər 1997-ci ildən indiyə qədər Azərbaycanda bazarlar yaradıblar və bu ölkədə məscidlər inşa etmək və onlarda nüfuz etməklə öz əqidələrini təbliğ edirlər. Vəhhabilər Azərbaycan xalqının qeyri-münasib iqtisadi şəraitindən sui-istifadə edərək milyardlarla dollar dəyərində investisiya yatırır və hal-hazırda bu investisiya 15 mindən çox şəxsin bu firqəyə qoşulmasına səbəb olmuşdur.
Hal-hazırda Azərbaycanda sələfilərin sayı 50 mindən çoxdur və onlar Hicrət Camaatı, Təkfir və İxvan kimi qruplara bölünürlər. Son vaxtlar Azərbaycan Respublikası orta məktəbləri şagirdləri arasında vəhhabiliyin təbliği gözə çarpacaq dərəcədə artmışdır. Azərbaycan Respublikası Gənc Rəhbərlər Təşkilatının sədri ANS-Press internet portalına verdiyi müsahibəsində bildirmişdir ki, bu ölkə orta məktəbləri ilə əlaqədar araşdırmaların nəticələri şagirdlər arasında dini ifratçılıq cərəyanlarının təsirinin artmaqda olduğunu göstərir.
Moskvada çıxan Nezavisimaya Qazeta qəzetinin yazdığına görə, fundamentalist islamı ən dəhşətli formada Azərbaycanda genişləndirməyə çalışan qüvvələr hamıdan daha təhlükəlidir. Səudiyyə Ərəbistanı, Fars körfəzinin ətrafındakı ölkələr və Türkiyənin himayə etdiyi təşkilatlar bu barədə başqalarından daha çox fəaldırlar. Bu təşkilatlar xeyriyyə məsələləri adı altında aktiv şəkildə Qarabağ qaçqınları düşərgələrində və yoxsulluq şəraitində olan vətəndaşlar arasında “fəaliyyət” göstərirlər.

Azərbaycan Respublikası vəhhabiləri və Suriya böhranı
Bir müddət öncə Suriyada məkrli plan odunun alovlanmasının ardınca, azərbaycanlı vəhhabi, hətta sünni gənclərdən bir qrupu Türkiyə və Ərəbistana bağlı bəzi dairələrin təhriki ilə Suriyaya ezam olundu və bu ölkə xalqı və hökuməti qarşısında döyüşməkdədirlər. İndiyə qədər onlardan bir neçəsi də öldürülmüşdür.
Son vaxtlar ANS televiziyası Azərbaycan Respublikasından Türkiyənin köməyi ilə vəhhabilərin Suriyaya ezam olunmasının forması ilə bağlı təkanverici bir reportaj yayımladı. Bu reportaja əsasən vəhhabi və təkfirçi qruplaşmalar Suriya dövləti və xalqına qarşı terror aktları törətmək üçün Azərbaycan Respublikasının Zaqatala və Qusar rayonlarının vətəndaşlarını müxtəlif fəndlərlə Türkiyə torpağı vasitəsi ilə Suriyaya göndərirlər.

Azərbaycan Respublikasının 2-ci Suriyaya çevrilməsi
Suriya böhranından sonra şəhid Asim Məmmədovun öz ictimai-sosial şəbəkəsində yazdığı kimi Suriyada Azərbaycandan toplaşmış terrorçular öz məqsədlərini izləmək və macəraları davam etdirmək üçün başqa bir yerin ardınca olacaqlar. Bu arada Azərbaycan Respublikası Suriya böhranına bənzər böhranı yaratmaq üçün daxili və xarici lazımi şəraitlərə, ardınca isə vəhhabi terrorçu qüvvələrinin iştirakına malik ola bilər.

Daxili şəraitlər
– Məişət və iqtisadi baxımdan qeyri-münasib vəziyyət, eləcə də ədalətsizlik, korrupsiya, rüşvətxorluq, kütlələr arasındakı boşluq və sairə kimi problemlərin mövcud olması əhalinin narazılığına səbəb olub.

– Qarabağın işğalının davam etməsi Qarabağ qaçqınlarının səbir kasasının daşmasına səbəb olub. Belə ki, 20 ildən sonra hələ də onların bir qrupu münasib şəkildə məskunlaşa bilməyib və yataqxanalarda yaşayırlar.

– Etnik qeyri-bərabərlik Azərbaycanın ictimai stabilliyində böyük boşluqlar yaratmışdır.

Ötən illər ərzində Azərbaycan Respublikası dövlətinin antidin siyasətləri və yüzdən yuxarı islamçını həbs etməsi islami cərəyanın hakimiyyətə olan etimadının itirilməsinə səbəb olub.

Hal-hazırda bu ölkədəki qərbpərəst müxalifət şiddətli tərzdə Azərbaycanın hazırkı hakimiyyətini dəyişdirmək niyyətindədir və öz hədəflərinə çatmaq üçün fürsət gözləyir.

Hazırda “nə müharibə, nə sülh” vəziyyətində olan Azərbaycan Respublikası ilə Ermənistan arasındakı Qarabağ münaqişəsi öncə deyilən məsələ üçün bir zəmin ola bilər…

Azərbaycan Respublikasında vəhhabilərlə şiələr arasında bəzi çəkişmələr başlanıbdır ki, onun nümunələri bundan qabaq qeyd olunubdur.

Azərbaycan Respublikasının vəhhabiləri sistematik surətdə ərəb mərkəzləri, eləcə də özlərinin Əfqanıstan və Pakistandakı həmfikirləri ilə təşkilat əlaqələri yaradıb və Azərbaycan Respublikasının dövlət mərkəzlərinə də nüfuz ediblər.

Xarici zəminlər:
– Azərbaycan Respublikası vəhhabilərinin də iştirak etdikləri və imkan daxilində hətta hökumət mənsəblərinə çata biləcəkləri bu ölkədə dini çəkişmələr və siyasi-ictimai böhranların yaradılması təbii surətdə digər ölkələrin sələfi qrupları və vəhhabiləri tərəfindən də dəstəklənir və Ərəbistan kimi vəhhabiliyi himayə edən ölkələrin siyasətləri istiqamətində olacaqdır.
– Sionist rejim və Amerika kimi
Azərbaycanda nüfuza malik olan regional və regiondan kənar qüdrətlərin tələb etdikləri Azərbaycan Respublikasında ictimai-siyasi böhranların yaradılması, digər tərəfdən olacaqdır. Zira:
1- Əvvələn, bu rejim və ölkələr Azərbaycanda şiə cərəyanının son illər ərzində nəzərəçarpacaq dərəcədə güclənməsi və inkişafına görə, bu cərəyanın hətta uzaq perspektivdə qüdrətə çatmasından qorxurlar.
2- Onlar belə bir nəticəyə çatıblar ki, xalq oyanışları və ictimai parçalanmaların mövcud olması səbəbindən Azərbaycanın hazırkı dövlətinin ömrü o qədər də uzun olmayacaqdır. Buna görə, onlar çalışacaqlar ki, neftlə münbit olan Azərbaycan Respublikasında böhran və çaxnaşma yaratmaqla əvvələn, böhranın içərisindən elə bir dövləti hakimiyyətə gətirsinlər ki, onların siyasətlərinə uyğun gəlsin, ikincisi də özlərinin enerjiyə olan ehtiyacları və iqtisadi maraqlarını daha yaxşı və daha ucuz təmin etsinlər.

3- Sionist rejim və Amerika Azərbaycan Respublikası şiələrinin şiə İran ilə inteqrasiyalarının güclənməsinin qarşısını almaq, eləcə də İranofobiya siyasətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasında daha yaxşı mövqe və fürsət axtarırlar ki, onların təsəvvürünə görə, bu məsələ böhranlı şəraitdə hazırkı şəraitdən daha artıq reallaşacaqdır.

– Bütün bu məsələlərin kənarında Azərbaycan Respublikasının siyasi, iqtisadi və mədəni orqanlarında fövqəladə nüfuza malik olan Türkiyə kimi dövlət də Suriyada əl atdığı avantüranın dəlillərinə görə, Azərbaycan Respublikasında da siyasi və sosial gərginliklər yaratmağa da maraqlıdır ki, Fəthullah Gülən kimi şəxslər tərəfindən Azərbaycanda həyata keçirilmiş özünün son bir neçə il ərzindəki dini və mədəni siyasətlərini gücləndirərək, nəticəyə çatdırsın.

– Azərbaycan Respublikasının Şimali Qafqazla qonşuluğu və bu məntəqənin vəhhabilərlə sələfilərin asan gediş-gəlişləri imkanı.

– Daim mühüm qüdrətlərin diqqət mərkəzində durmuş Azərbaycan Respublikasının strateji və geostrateji mövqeyi.

Bu proqnozun reallaşacağı təqdirdə Azərbaycan Respublikası dövlətinin vəziyyəti.

Azərbaycan dövləti tərəfindən həbs olunma keçmişinə malik olan şəhid Asim Məmmədov gənc olmasına rəğmən, öz proqnozunun davamında Facebook səhifəsində böyük bir fikir irəli sürərək, yazıb: Azərbaycanda belə bir hadisənin baş verəcəyi halda, hökumət vəhhabilərlə mübarizə üçün hazırda məhbəsdə olan ruhanilərə əl açacaq. Çünki yezidilərin cərəyanı qarşısında məhz İmam Hüseyn(ə) cərəyanı ayağa qalxır; Livan Hizbullahının vəhhabilərlə mübarizədə Suriya müharibəsinə girməsi ilə vəziyyətin Bəşşar Əsədin xeyrinə dəyişməsi kimi.

Təbiidir ki, Azərbaycan Respublikası və Suriya dövlətləri arasında bir çox siyasi ortaqlıqların olmasına rəğmən, bu iki ölkə bir-biri ilə bir çox mahiyyət fərqinə malikdir və təbiidir ki, vəhhabi terrorçuların bu ölkəyə hücum edəcəkləri halda, Azərbaycan Respublikasının dünyəviçi dövləti söykənməli bir dayağa malik olmayacaqdır. Zira Suriya dövləti müqavimət xəttinə aid olması səbəbinə və sionist rejim qarşısında daim durmasına görə, bu ölkə xalqının geniş bir hissəsi, müxtəlif ölkələrin şiələri və müsəlmanları, Livan Hizbullahı və bunlardan daha mühümü, İran İslam Respublikasının hərtərəfli himayəsinə malikdir. Buna görə, Qətər, Ərəbistan, sionist rejim, ABŞ və sair rejim və ölkələrin hərtərəfli himayəsi ilə həyata keçmiş vəhhabi və sələfi terrorçuların hücumları qarşısında dayana bilibdir. Lakin təbiidir ki, Azərbaycan Respublikası dövləti son illərdə sionist rejimi müşayiət etdiyinə, eləcə də İslamofobiya və İranofobiyaya görə, Suriya dövlətinin himayəçisi olan qruplardan heç birinin himayəsinə malik olmayacaq və əlbəttə, Rusiya da ən nikbin bir halda orta bir rol oynayacaqdır.

Yekun:

Kül altda olan bir alova çevirmiş yenicə istiqlaliyyət əldə etmiş Azərbaycan Respublikasının həssas siyasi və ictimai şəraitindən müəyyən hissələrin bəyanı bu ölkənin xas və kövrək durumunu bəyan edir. Təbiidir ki, bu həssas zaman durumunda Azərbaycan Respublikasının dövlət başçılarının tədbiri bir çox ictimai və insani nəticələrə də gətirib çıxaracaq siyasi böhranın yaranmasının qarşısını ala bilər.

Şübhəsiz, Azərbaycan Respublikası dövləti bu ölkədə siyasi və ictimai böhranın baş verməsinin qarşısını almaq məqsədi ilə hazırkı həssas şəraitə uyğun real addımlar atmaq və siyasətlər irəli sürmək və bəzi cari siyasətləri əsaslı surətdə yenidən nəzərdən keçirilməyə məcburdur. Bu siyasətlər və addımlardan aşağıdakılara işarə etmək olar:

– Bu ölkə xalqı ilə hərtərəfli inteqrasiya siyasətinin yeridilməsi, xüsusən müxtəlif xalq qrupları, xüsusilə müxtəlif etnoslar, şiə fəallar, siyasi partiyalar, Qarabağ didərginlərinin itirdikləri etimadın bərpası istiqamətində səy göstərilməsi və bu sahədə real addımların atılması, o cümlədən rüşvətxorluq və korrupsiyaya əsaslanan idarə sisteminin islahı, məhbus şiə fəalların azadlığa buraxılmaları, təbəqələrarası fərqlərin azaldılması, səhiyyə sisteminin yaradılması Azərbaycan Respublikası xalqının şəninə uyğun gəlir.

– Qonşularla dinc yanaşı yaşama və inteqrasiya siyasətinin yeridilməsi və qonşularla gərginlik yaradan siyasətə son qoyulması.

– Qarabağın azadlığı istiqamətində ondan bir vasitə kimi istifadə yerinə, fəal və real siyasətin yürüdülməsi.

– Sionist rejimlə inteqrasiya siyasətinin yenidən nəzərdən keçirilməsi.

Sonda Azərbaycan Respublikası dövlətinin məhbəsindən azad olandan sonra bu respublikada vəhhabiliklə mübarizənin ilk şəhidi olmuş Asim Məmmədovdan cümlələr təqdim edirik: Mənim, həmçinin digər etirazçı fəalların həbsi siyasi bir sifarişdir. Mənim yeganə günahım budur ki, həqiqəti demişəm və Azərbaycan Respublikasının vəziyyətinə görə, bu, insanın həbs edilməsi üçün kifayət edər.

Xəbərdən istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button