Islam

Həqiqi İslam və saxta islam

Xalis Məhəmməd (s) İslamının ən mühüm cəhəti ibadət və Amerika islamının ən əsas cəhəti eqaistlik və özünəpərəstişdir. Elə bu səbəbdən Amerika islamına iman gətirənlər Allahın göstərişləri qarşısında təslim olmaq əvəzinə azadlıq, liberalizm haqda danışırlar. Onların liberalizmi əməldə bütün məkruhları, müstəhəbləri, haram və vacibləri ləğv etmək və hər işi icazəli bilməkdir.

Liberalizm pisliklərdən çəkindirməkdən, yaxşılara dəvətdən və bütün şəri qeyd-şərtlərdən azad olmaqdır. Odur ki, Amerika islamına iman gətirənlər şəri hökmlərə səhlənkarlıqla yanaşır və dinin qadağa və vaciblərindən yayınırlar.

Məlumdur ki, Amerika islamı liberalizmdən qidalanır, yəni qərbdən. Onun peyğəmbərləri isə qərb kanallarıdır. Odur ki, qərb kanallarında şəriətin əsasları şübhə altına alınır, əməli şəkildə inkar olunur, hicabsızlıq, qadın və kişi rabitə əlaqələri, nigahdan qabaq müştərək həyat, həmcinsbazlıq və sair təbliğ olunur.

Misal üçün belə bir halı qeyd etmək olar ki, bu günədək hicaba riayət etmək şəxsin İslama sədaqətinin göstəricisi olduğu üçün bu kanallar bir hiylə işlədib “Mən və to” kanalının “akademi” proqramında müsəlman və zahirən hicablı qadın nümayiş etdirməklə belə bir təbliğat aparırlar ki, hicablı olmaqla yanaşı əməldə azad olmaq olar və elə bu hicabın özünü də şəxs özü öz ixtiyarı ilə seçib. Uyğun xanımın həyat yoldaşı məsihidir.

fd

Bu isə qadağalara etinasızlığın bariz nümunəsidir, çünki müsəlman qadının qeyri-müsəlmanla evlənməsi qadağandır və həmçinin müğənni xanım imam Sadiqin (ə) buyurduğu kimi lənətlənib.

Bir neçə müddət öncə bir qrup Amerika müsəlmanı fitr bayramı namazını qadınlar ilə kişilər bir-birlərinə qatışmış şəkildə qıldılar, pişnamaz Afrikalı bir xanım olub və namaz zamanı qadınlar hicabsız olub. Bu hadisədən bir neçə ay ötməsinə baxmayaraq uyğun camaat namazı zamanı çəkilmiş fotolar və bu fotoların yayımlanması müsəlmanların mənfi reaksiyasına səbəb olub.

Afrikalı Cəmilə adlı müsəlman bir qadın fitr bayramı günü Amerikanın Losancels vilayətindəki məscidlərdən birində imamcamaat olub. Bu namaz zamanı çəkilmiş fotolar fitr bayramından bir neçə gün sonra bəzi Amerika müsəlmanlarının sosial şəbəkələrdəki şəxsi səhifələrində yayımlandı. Lakin bir neçə müddət ötməsinə baxmayaraq bu şəkillər hələ də ən çox baxılanlar sırasındadır və bu bir çox tənqidlərə səbəb oldu.

Bu Amerikada bir qadının imamcamaat olduğu ilk hal deyil. Ötən il də Amerikanın başqa bir yerində belə bir hal baş vermişdi. Təzəlikdə isə İngiltərənin paytaxtı Londondakı bir namazxanada Nəimə adlı qadının pişnamazlığı və qadınlar ilə kişilərin birgə iştirakı ilə camaat namazı qılınır. Lakin İslam dinində qadının arxasında namaz qılmaq haramdır.

İslam baxımından imamcamaat kişi olmalıdır (əlbəttə bəzi alimlər qadının qadınlar üçün pişnamaz olmasını icazəli biliblər). Namaz sıralarında kişilər ilə qadınlar yanaşı dura bilməz və qadınlar namaz zamanı hicablı olmalıdırlar.

iyy

Belə görünür ki, bəzi müsəlmanların Losancelsdəki həyatları onların namazlarına da təsir qoyub və elə güman ediblər ki, istədikləri kimi namaz qıla bilərlər. Bundan məlumatlar yoxdur ki, namaz yanlız dində təyin olunmuş müqəddimə və şəraitlərə əməl olunduqda düzgündür.

İslam İnqilabının Böyük Rəhbəri  “İslam dünyasının müəllimləri və islami oyanış” beynəlmiləl konfransında, yüzlərlə müəllim və mütəfəkkir ilə görüşündə dedi: Düşmənlər həqiqi İslamın yayılmasından qorxuya düşüblər… Pulun  qulu olan, fəsada, dünya bər-bəzəyinə qərq olmuş islam onları nigaran etmir. Lakin əməl, hərəkət İslamı, xalqın İslamı, Allaha təvəkkül İslamı onları qorxuya salıb.

Şübhəsiz düşmənlərin “islami oyanış” ifadəsindən qorxuları da bu məsələyə görədir. Onlar çox çalışırlar ki, islami oyanış fenomeni məntəqədə böyük bir hərəkatın başlanğıcına səbəb olmasın.

tyu

Xalq, vaxt ötdükcə, siyasi şəxsiyyətlərin ziqzaqvari hərəkətləri davam etdikcə bu vəziyyətə adət edirlər və bir müddət keçdikdən sonra öz mənfi reaksiyalarını itirirlər.Şübhəsiz imperialistlərin hakimiyyətə gətirdikləri rəhbərlər rəsmi şəkildə hicab, sadə həyat tərzi, zülmlə mübarizə və sair dəyərlər ilə müxalif olduqlarını elan edə bilməzdilər. Odur ki, qərb həyat tərzinə doğru tədrici hərəkətə başladılar və dini mərasimlərlə yanaşı eyş-işrət, içki mərasimlərində də iştirak etməyə başladılar. Elə bu an Amerika İslamı doğuldu.

Adətən tanınmış siyasi, ictimai şəxsiyyətlər, kino ulduzları, idmançılar və medianın müsbət tanıtdırdığı hər bir şəxs istər-istəməz cavanlara nümunə olur. Belə nümunələrin təqdim olunması və tanınmış şəxslər arasında qərb həyatının təbliği gələcək nəsilin özü ilə dini və milli dəyərlər arasında təzad görməsinə səbəb olur.

Xalis Məhəmməd (s) İslamı ədalət, izzət, zəiflərin himayəsi, məzlumların müdafiəsi, düşmənlə cihad, zorçulara təslim olmamaq, əxlaq, fəzilət və mənəviyyat İslamıdır.

Amerika İslamı kibirli, hegamon imperialist dövlətlərin mənafelərinə xidmət edən, onların əməllərinə don geyindirən islam adlanan başqa bir şeydir. Dindarların guşənişin olub müsəlmanların taleyinə biganə olmaları üçün bir bəhanədir. İslamın ictimai və siyasi hökmlərinin böyük bir hissəsini dindən çıxarmaq, dini məscid ilə məhdudlaşdırmaq üçün bir vasitədir. Burada məscid müsəlmanların işləri üçün tədbir mərkəzi yox, həyatdan ayrılmaq üçün bir guşə və dünyanı axirətdən ayırmaq üçün bir yerdir.

Amerika islamı dərdsiz, yanğısız, özündən və heyvani hisslərindən başqa bir şey düşünməyən insanların islamıdır. Onlar Allahı və dini tacirlər kimi var-dövlət toplamaq, güc əldə etmək üçün vasitə bilirlər, onların mənafelərinə zidd olan bütün ayə və rəvayətləri yaddan çıxarırlar və ya təhrif edirlər.

rtrtrr

Amerika islamı öz məhrum və məzlum xalqlarının mənfəətlərini Amerika və Avropa ilahələrinin məbədində qurban kəsən və bunun müqabilində öz xarlıqla dolu hakimiyyətlərini yaşatmaq üçün onların himayəsinə göz tikən hakimlərin, sultanların islamıdır. Öz mənfəətləri üçün bütün dəyərləri tapdayan kapitalistlərin islamıdır.

Müsəlman millətləri İmamın (r) bu tövsiyələrini daim yadda saxlamalıdırlar.Lakin xalis Məhəmməd (s) İslamı siyasəti dinin ayrılmaz bir hissəsi bilir və müsəlmanları siyasi idraka və əmələ dəvət edir. Bütün bunlar rəhmətlik imamın, İslamın danışan dilinin tövsiyələridir. Bəli, Amerika İslamı insanları siyasətdən, anlamaqdan, müzakirədən və siyasi hərəkətdən uzaqlaşmağa çağırır.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button