ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

“Yuventus”un fransız ulduzundan Qəzza uşaqlarına dəstək + Foto

Qafqaz.ir xəbər verir ki, “Yuventus” komandasının fransız ulduzu Pol Poqba İsrail rejiminin Qəzza zolağına son təcavüzü və 15 uşağın şəhid olmasından sonra qəzzalı uşaqlara öz həmrəyliyini bildirib.

İtaliyanın “Yuventus” komandasının fransalı futbolçusu Pol Poqba İsrail rejiminin Qəzza zolağına son üç günlük təcavüzündən sonra Fələstin məsələsinə bir daha dəstək verməkdən çəkinməyib.

Fransız ulduz İnstaqram səhifəsində altı şəhid fələstinli uşağın fotosunu yayımlayıb.

Poqba foto haqqında bunları yazıb: “Allah Qəzzə xalqını qorusun” O, bu mətnin qarşısına dua edən əl emojisi də yerləşdirib.

Poqba bu şəklin üzərində belə izah yazıb: “Qəzzada ölən uşaqların simaları”

Poqbanın bu yeni dəstəyi, xüsusən də onun Fələstin məsələsinə dəstək mövqeyini hər zaman nümayiş etdirməsi sosial şəbəkə istifadəçiləri tərəfindən geniş şəkildə təqdir edilib.

Bundan əvvəl “Mançester Yunayted” komandasında oynayan Poqba sionist rejimin 2021-ci ildə işğal altında olan Qüds şəhərinin “Şeyx Cərrah” məhəlləsinə hücumu və bu rejimin Fələstin vətəndaşlarını bu məhəllədən köçürmək cəhdi ilə bağlı fələstinlilərə öz dəstəyini ifadə etmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button