ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Fazil Mustafanın Borçalıdakı Aşura yürüşünə münasibəti etiraz doğurdu ؛Gürcüstan müsəlmanları deputatı qınadılar

Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafanın mətbuata açıqlamasında Borçalıda keçirilən Aşura yürüşü ilə bağlı səsləndirdiyi fikirləri Gürcüstanda birmənalı qarşılanmayıb.

Qafqaz.ir-nin məlumatına əsasən, Gürcüstanda yaşayan azərbaycanlı fəallar deputatın işlətdiyi ifadənin özlərinə qarşı təhqir olduğunu və səslənən iddiaların heç bir əsasının olmadığını deyiblər.

Xatırladaq ki, Fazil Mustafa bildirib: “Borçalı azərbaycanlıları milli ideologiyadan uzaqlaşıb və Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə durum daha pisdir. İndi Borçalıda balaca Zeynəblər yetişir. Savadsız, cahil qızlardan vətənpərvər ana ola bilməz. Onlar ancaq militanlar yetişdirə bilərlər”.

Umum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov salam-nyus portal ilə müsahibədə azərbaycanlı deputata cavab olaraq deyib: “Fazil Mustafanın danabaş kəndinə bənzətdiyi Həmin Borçalı, Birinci və ikinci Qarabağ müharibəsində 20-dən artıq şəhid verib. Burda, meydandakı insanlar bu günədək Azərbaycanı hər tərəfli dəstəkləyib. Burada son Qarabağ müharibəsi Azərbaycanı dəstəkləyənlər də bizim insanlar, elə həmin “Ya Hüseyn, ya Əli” deyənlər idi. Şəxsən biri də elə mən özüm idim. İndi o, kimdən bu haqqı alıb bizə qarşı belə hörmətsizlik edir?”

Əsədov sonra deyib: “Biz Peyğəmbərin (s.ə.s) balasına, Əhli-Beytinə məhəbbətimizi izhar edirik. Gürcüstan azərbaycanlıları hər zaman öz dəyərlərinə sahib çıxıb. Onu qoruyub, yaşadıb. Bu, bizim illərdir qoruyub saxladığımız dəyərlərimizdir. Peyğəmbər Əhli-Beytini sevmək hansısa ölkənin siyasəti və ya ixrac etdiyi ideologiya deyil, bizim min illik yaddaşımıza hopmuş dəyərimizdir.”

Onun sözlərinə görə, İmam Hüseynə matəm tutmaq və Aşura mərasimini dəstəkləmək, bütün dünya azərbaycanlılarının milli-mənəvi tarixinin ayrılmaz parçasıdır. Onlara qarşı çıxmaq tarixi burada yaddaşlardan silməyə köklənib.

Gürcüstanlı ictimai fəal Samirə Bayramova isə mövzu ilə bağlı bildirib ki, insanların dini inancları və dəyərləri var. Gürcüstan tolerant və demokratik ölkədir və bundan irəli gələrək o öz vətəndaşlarına öz dini ayin və tədbirlərini keçirmək haqqı və imkanı verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button