ArxivXəbər lentiXəbərlər

Xəzərdə 32 nəfər ölüb

“Günəşli” yatağının 10-cu platformasında baş verən yanğın hadisəsi dünya mətbuatının da gündəminə düşüb. “Reuters” faciə ilə bağlı məqaləni manşetə çıxarıb. Dünyanın ən aparıcı xəbər agentliklərindən olan “Reuters” yazıb ki, yanğın nəticəsində 32 nəfər ölüb, daha 42 nəfər isə xilas edilib.

Agentlik bu barədə məlumatı Azərbaycan Neftçilərinin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlıya istinadla yayıb. “Orda çalışanlardan biri deyib ki, ümumilikdə özüldə 84 işçi olub”.

Qurum SOCAR-a istinadla yazıb ki, baş verən hadisə nəticəsində itkin düşənlər də olub. Platformada xilasetmə işləri davam edir. Dənizdəki güclü fırtına xilasetmə işlərini daha da çətinləşdirir.

Məlumatda qeyd edilir ki, dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, 10-cu platformada yanğın nəticəsində xilas edilənlərin sayı artıb. Artıq 32 nəfər xilas edilib.

Hadisə rayonunda xilasetmə işləri gərgin şəraitdə davam edir. Tez-tez dəyişən küləyin sürəti hazırda saniyədə 37-38 metrə, dalğanın hündürlüyü isə 10 metrə çatır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button