ArxivXəbər lentiXəbərlər

Azərbaycanda pul azalıb

Dövriyyədəki nağd pul oktyabr ayında yanvar ayı ilə müqayisədə 41 faiz azalıb.

Bu ilin yanvar ayından oktyabr ayına qədər Azərbaycandadövriyyədə olan nağd pullar 4150,4 milyon manat azalıb

qafqaz.ir-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin yanvar-oktyabr ayları üzrə açıqladığı hesabatda bildirilib.

Bu ilin yanvar ayında dövriyyədə olan nağd pulların həcmi 10145,3 milyon manat idisə, oktyabr ayında həmin göstərici 5994,9 milyon manat təşkil edib. Bu isə təxminən 41 faiz azalma deməkdir.

Bankın fiziki şəxslərin əmanətlərinin strukturu ilə bağlı hesabatında da qoyulan əmanətlərin məbləğində azalma müşahidə edilib.

Göstərilib ki, 2015-ci ilin sentyabr ayında banklardakı əmanətlərin ümumi məbləği 7311,8 milyon manat olduğu halda, oktyabr ayı ərzində 138,9 milyon manat azalaraq 7172,9 milyon manat təşkil edib.

Mərkəzi Bankın hesabatında kredit qoyuluşlarında da azalma olduğu göstərilib. İlin ilk aylarında iqtisadiyyata kredit qoyuluşunda müəyyən artım olsa da fevral ayından sonrakı dövrlərdə bu göstərici aşağı düşüb.

Azalma xüsusilə özəl banklarda və qeyri-bank kredit təşkilatlarında olub. Sahələr üzrə göstəricilərə gəldikdə isə, azalma xüsusilə kənd təsərrüfatı və emal, inşaat və əmlak, sənaye və istehsal sektorundadır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button