ArxivXəbər lentiXəbərlər

Vaizi: İran – Azərbaycan əməkdaşlıqları inkişaf halındadır

İran İslam Respublikası Prezident Administrasiyasının sədri İran – Azərbaycan əlaqələrinin genişlənməkdə olduğunu deyib.

Qafqaz mədəniyyət mərkəzi – İran İslam Respublikası Prezident Administrasiyasının sədri Mahmud Vaizi cümə axşamı Azərbaycan Respublikasının Prezident Administrasiyasınıpn başçısı və Azərbaycan Milli Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev ilə görüşdə deyib: Ticarət əlaqələri və iqtisadi əməkdaşlıqları genişləndirmək üçün iki ölkənin mövcud potensiallarından daha artıqvə münasib formada faydalanmaq lazımdır.

M.Vaizi əlavə edib: İran İslam Respublikası öz təcrübələri və texnologiyalarını Azərbaycana ötürməyə hazırdır. Siyasi, iqtisadi, mədəni və ictimai əlaqələrin və əməkdaşlıqların genişləndirilməsi üçün də İran sərhəd tanımır.

İran İslam Respublikası Prezident Administrasiyasının başçısı daha sonra Tehranın regional münaqişələrin dinc yolla həll edilməsinə və İslam ölkələrinin ərazi bütövlüyünün qorunmasına böyük əhəmiyyət verdiyini deyərək, əlavə edib: Region ölkələri və xalqları dostluq və qardaşlıq əlaqələrini genişləndirməklə əcnəbilərin region ölkələrinin daxili işlərin müdaxiləsini önləyə bilərlər.

Azərbaycan Respublikası Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyev də İran və Azərbaycan arasındakı əlaqələrin önəminə habelə, iki ölkə başçılarının münasibətlərin və əməkdaşlıqların genişləndirilməsi ilə bağlı təkidlərinə işarə edərək, əlaqələrin genişləndirilməsi yollarının asanlaşdırılması və şərtlərin sadələşdirilməsini önəmli adlandırıb.

İran İslam Respublikası Prezident Administrasiyasının başçısı Mahmud Vaizi “İslam Həmrəyliyi-2017; Dinlər və Mədəniyyətlərarası dialoq” beynəlxalq konfransının bağlanış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button