ArxivIslamXəbər lentiXəbərlər

Tehranın azərbaycanlı imam cüməsi Gürcüstanda səfərdə olub, din xadimləri ilə görüşüb – FOTO

Tehranın azərbaycanlı imam cüməsi Höccətül islam Kazim Siddiqi Gürcüstanda səfərdə olub

İslamazeri.com-a verilən məlumata görə, Gürcüstanda səfərdə olan Tehranın imam cüməsi höccətül islam vəl muslimin Siddiqi bir sıra mərasimlərə qatılıb. Marneulidə yerləşən N.Nərimanov adına Mədəniyyət evində Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, Xanımlar xanımı Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə bayram tədbiri keçirilib. Din, ictimaiyyət, dövlət rəsmiləri və şəhərin sakinlərinin toplaşdığı tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, ölkəmizdə səfərdə olan Tehranın imam cüməsi Kazim Siddiqi, İİR-nın səlahiyyətli səfiri Seyyid Cavad Şəhidi, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Marneuli rayon icra hakimi Merab Topçişvili, yerli ruhanilər, alimlər və digər məsul şəxslər də iştirak edib.

Tehranın İmam Cüməsi Kazim Siddiqi daha sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və müftisi, Dini Məsələlər üzrə Dövlət Agentliyi, İran İslam Respublikasının səlahiyyətli və fövqəladə səfiri və nümayəndə heyəti ilə görüşüblər.Heyət Azərbaycanlı müsəlmanların kompakt yaşadığı şəhərdə İmam Əli (ə) və İmam Hüseyn (ə) adına məscidləri ziyarət etmiş, Əhli-beyt mədəni, maarif mərkəzi və İmam Rza (ə) adına dini elm mərkəzində din xadimləri və tələbələrlə görüş keçirdilər. Günün ikinci yarısı isə Gürcüstan Patriarxlığının Marneuli nümayəndəliyində rayonun baş keşişnin və Marneuli rayon İcra hakimi və bələdiyyə sədrinin dəvəti ilə isə İcra hakimiyyətinin binasında məsihi din xadimləri və dövlət rəsmiləri ilə bir araya gəldilər. Xrsitian din xadimi Höccətül islam Kazim Siddiqi kimi din aliminin ölkəyə səfərini yüksək qiymətləndirib, dinlərarası münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini bildirdilər. Hər iki görüşün sonunda Gürcü Provaslav kilsəsi və İcra Hakimiyyəti tərəfindən Gürcüstanda qonaq olan hörmətli din aliminə hədiyyələr təqdim olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button