AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQarabağŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

Urmiya imam cüməsi: Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır

Vəliyyi-fəqihin Qərbi Azərbaycan üzrə nümayəndəsi deyib: “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, onun işğal edilməsini pisləyirik və müharibənin davam etməsini heç kimin xeyrinə bilmirik.”

 

Qafqaz Həqiqətləri “Mehr”-ə istinadla xəbər verir ki, höccətül-islam Seyid Məhdi Qüreyşi Qarabağda baş verən son döyüşlərlə bağlı verdiyi bəyanatda deyib:

“Ermənistan və Azərbaycanın Qarabağda yenidən döyüşlərə başlaması, müdafiəsiz əhalinin və hərbçilərin bu məntəqədə qanının axıdılması barədə xəbər bizi dərindən narahat etdi.

Ölkələr arasında danışıq və anlaşmanın müharibəni dayandıra biləcəyi bir dövrdə belə bir hadisənin baş verməsi qəbuledilməzdir. Qarşıdurma tərəflərini təmkinli olmağa, ixtilaf və münaqişələri müzakirə masası arxasında həll etməyə, müharibəni dayandırmaq üçün diplomatik yolu qəbul etməyə çağırırıq. Sözsüz, İran Xarici İşlər Nazirliyi rəsmiləri öz fəal iştirakı ilə sülh yaranması və ixtilafların həll olması zəminində diplomatik həll yollarını ciddi şəkildə izləməlidir və izləyirlər.”

Urmiya imam cüməsi əlavə edib: “Bizə çatan xəbərlərə görə, dünya imperializm ünsürləri və sionistlər regionda rol ifa edirlər. Xalqların və qonşu ölkələrin oyaqlığı ilə onların məşum məqsəd və məkirlərini zərərzisləşdirmək mümkündür. Bu üzdən ümidvaram ki, tezliklə döyüşlər dayandırılsın, məntəqədə sülh və sakitçiliyin şahidi olaq.”

Seyid Məhdi Qüreyşi bəyanatının davamında vurğulayıb: “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, onun işğal edilməsini pisləyirik və döyüşün davam etməsini heç kimin xeyrinə bilmirik, qonşu ölkələrdən və müdrik xalqlardan gözləntimiz budur ki, əmin-amanlığı qorumaq və bundan artıq qan tökülməsinin qarşısını almaq üçün qarşıdurma tərəflərini ixtilafları danışıqlar yolu ilə həll etməyə rəğbətləndirsinlər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button