ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstanda Quran yarışmalarına start verildi – FOTO

Birinci tədbir bu gün keçirilib

İslamazeri.com xəbər verir ki, artıq neçə ildir ki, Tbilisidə Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qız uşaqları arasında Qurani-Kərimin üzündən düzgün və sərbəst oxunuşu üzrə yarışlar təşkil olunur. Keçirilən yarışlarda ölkənin müxtəlif yerlərindən onlarla oğlan və qız uşaqları hakimlər qarşısında püşkatma ilə düşən səhifəni oxuyaraq özlərini sınayırlar. Bu il üçün təşkil olunan yarışa bu gün Tbilsidə yerləşən “Əhli-beyt” məscidində start verilib.

Yarışda 40-dan çox azyaşlı qız uşaqları iştirak edib. Növbəti yarış bu ayın 29-da azyaşlı oğlanlar arasında olacaq. Yarışların sonunda uğurla çıxış edib fərqlənən şagirdlər (qaliblər) və onların ustadları Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən pul mükafatları ilə qiymətləndiriləcəklər. Bütün iştirakçılara Təqdirnamələr, Qurani-Kərimin tərcüməsi və digər kitablar hədiyyə olunub.

Gürcüstanda Quran yarışmalarına start verildi – FOTO

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button